adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyun 2019 15:26
16628
ELM VƏ TƏHSİL
A- A+

Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib.

Adalet.az bildirir ki, Mərkəzdən verilən məlumata görə, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün Azərbaycanınali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilib.

Bu nömrədə həmçinin "Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub. AMEA-nın magistraturasına 2019/2020-ci tədris ili üçün qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında məlumat da jurnalın bu nömrəsində verilib.

DİM bakalavrların nəzərinə çatdırır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

JurnalıBakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.


Ulucay Akif