warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | “KASPİ” ƏBÜLFƏT MƏDƏTOĞLUNDAN YAZDI Adalet.az | “KASPİ” ƏBÜLFƏT MƏDƏTOĞLUNDAN YAZDI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

“KASPİ” ƏBÜLFƏT MƏDƏTOĞLUNDAN YAZDI

«MƏN SƏNİ SEVİRƏM, QADIN!»

4371    |   2019-06-03 14:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əbülfət Mədətoğlunun yeni kitabı işıq üzü gorb. «Bir qadına» şeirlər kitabı başdan-ayaba sevgi mövzusundadı. Dünya ədəbiyyatında şairlərin öz sevgililərinə həsr etdikləri şeir kitabları ilə çox rastlaşmışam.

Sevgi ilahi bir hissdir. Hər bir insanın ürəyində, canında ruhunda bu hiss yaşayır. Leyli və Məcnunu yada salın. «Eşqdir mehrabı uca göylərin, Eşqsiz ey dünya nədir dəyərin» deyən dahi Nizamiidən tutmuş bu gün Azərbaycanın ən gənc şairinə qədər poeziyada onlarla, yüzlərlə sevgi səhifələri açılıb. Amma Məhəmməd Füzulinin timsalında eşqin, məhəbbətin ən zirvə nöqiəsi fəth olundu. Onun məhəbbət konsepsiyası dünyanı eşq vasitəsilə dərkidir və təbii ki, onun məhəbbət şeirləri təkcə iki insanın münasibətini əks etdirmir, onqun qəzəllərində sevgi dünyəvi bir hissdir. «Candan çıxarıb həvayi-eşqi, Tərk eyləməzəm bəlayi eşqi»-mənim fikrimcə, bu misralar bütün Azərbaycan poeziyasının sevgi yolunu işıqlandırır. Çoxlu misallar da gətirə bilərəm. Amma buna ehtiyac hiss etmirəm. Amma bu fikri nəzərə çarpdırım ki, müasir dövrdə sevgi münasibətləri nə qədər yeniləşsə də, öz ali məzmununu qoruyur, hifz edir.Əbülfət Mədətoğlunun sevgi şeirləri də məhz bir insanın sevgi yolunda çəkdiyi əzabları, eşqin qəmini, vüsal həsrətini, ayrılıqdan doğan hissiyyatları və ümumən, sevginin insan həyatında necə önəmli bir rol oynadığını, insanı daim müqəddəs hisslərlə yaşamağa, mənəvi ucalığa səsləməsinə çağırır. Hansı hissləri təlqin edir Əbülfət Mədətoğlu?

1.Sevg şeirləri iki atribut-iki şəxs-«MƏN və SƏN» münasibətləri üzərində qurulur. MƏN-aşiqdir, SƏN –sevilən qadın. Biz çoxlu sevgi şeirləri oxumuşuq ki, orada «MƏN» aparıcıdır. Əbülfət isə «SƏN»i –sevilən qadını ruhunun Tanrısı hesab edir:

Dilim-dilim olsun dilim
Əzabdı hər ayım, ilim…
Yuxuda gördüm ki, gülüm,
Sən ruhumun Tanrısısan.
Kəssə də lap əyri düzü,
Hər istəyin iki üzü…
Sən olmaz hər qızın yüzü,
Sən ruhumun Tanrısısan!

Qeyd edim ki,Əbülfətin bir çox şeirlərində Qadına olan bu yüksək, mən deyərdim, intellekt səviyyəli bu münasibət dərin sevgidən irəli gəlir. Təbii ki, bu tipli şeirlər onun qəmli şeirlərindən kəmiyyətcə azlıq təşkil edir. Amma bizi inandırır ki: «O mənim həyatımda, Günümdə, anımdadı. Atdığım hər addımda, Damarda qanımdadı. Nəşəmdi, ahımdı o, Sevgim günahımdı O. Yerdə Allahımdı O, Ölüncə yanımdadv».

2.Əbülfət həm də tənhalıq şairidir. Onun hətta kədərin güc gəldiyi şeirlərində də tənhalıq, təklik motivləri ilə qarşılaşırsan. Elə bil ki, bu şeirlərotaqdan bayıra çıxmayan, yalnız sevgilisinin xəyalı ilə yaşayan bir insanın öz içinə məhkuümluğu kimi nəzərə çarpır. Amma bu tənhalığın bir elə qorxusu yoxdur. Bu tənhalıqda lirik qəhrəman «Ürəyimə əkirəm, Bir də göz yaşlarımı» etiraf ilə sevdiyi qadına üz tutur. Bu tənhalıqda qollar da, çiyinlər də, əllər də əzaba tuş gədir: «Gecənin ağırlığı Yükdü çiyinlərimə. Bu ağırlıq duman tək Çökdü!-Çiyinlərimə».

Əllərimin oduna
Sən əllərini yandır…
Ehtiyac yox andına-
Yandır!-məni inandır…



3. Onun sevgi şeirlərində ayrı-ayrı obrazlar da diqqətdən yayınmır.Məncə, bu da təbiidir- Axşam, Yuxu, Gecə, Şəkil, Səs, Sükut, Məktub onun sevgi şeirlərində ovqat, hal-vəziyyət mənalarına yardımçı olur.Məncə, bu obrazlardan məqsədə müvafiq istifadə edəndə sevən insanın mənəvi aləminə yol tapırıq, onun əzablarını duyuruq. Məsələn, «Yuxu» silsiləli şeirlərdə şairin metaforik düşüncə tərzi ilə qarşılaşırıq. Ümumiyyətlə, Əbülfət bədii təsvir vasitələrindən məharətlə istifədə edir.

Bu gün sənə yazmadım,..
susdum ki,qayğısız ol.
Nə ürəyin yüklənsin,
Nə gözün dolsun bir yol!..
Bimlirəm ki, nə yazsam
qəlbinə bir xal salır.
Yazdıqlarımdan sənə-
Ancaq sıxıntı qalır…
Duyğularım cilovsuz
dilbilməzdi ruhum da..
Tutulmuşam tilovsuz
ovcuündaydım yuxumda!...

4. Əbülfət Mədətoğlu «ürək dililə danışan şairdir». Vaxtilə bu ifadə unudulmaz şairimiz Bəxtiyar Vahabzadə Nəriman Həsənzadə haqqında söyləmişdi. Mən də ifadəni Əbüləft barədə deyə bilərəm. Yuxarıda sadaladığım və Əbülfətin şeirlərinə səpələn ayrı-ayrı obrazlar əslində, maddi, fiziki, coğrafi mahiyyət daşıyır. Amma ÜRƏK obrazı, mən deyərdim, Əbülfətin bütün şeirlərinin mənəvıi qəhrəmanına çevrilir. Deyərdim ki, onun bütün sevgi şeirlərndə Əbülfətin özü yox, onun ürəyi danışır. O deytr ki: «Ürəyimin şəklini Özümlə gəzdirirəm». O, həmin şəklə ürək kimi baxır. Bəzən ürəçyi onu incidir:» «Ağrıyan ürəyimi Bükmüşəm mən dəsmala…Ürəyimlə bərabər-hopubdu qəm dəsmala». Amma bu ürək bəzən məktuba da dönür: «Məktub tək ürəyimi Açıb sənə oxudum. Düşündüm-ÜRƏYİMİ- Ürəyinə toxudum». O, başqa bir şeirində sevdiyi qadına üz tutub deyir ki:

Atdığın daşlar dəyir
birbaşa ürəyimə.
Daşlama, bu evi sən-
gir, yaşa ürəyimə.
Ahdan aşma, qovurma
xəlbirləmə, sovurma.
Sən sevməkdən yorulma-
köç yaşa ürəyimə.
Bu əzabı, bu qəmi
Verdin, seçdim qibləmi!
Köçürdüm sən Kəbəmi-
birbaşa ürəyimə!..

5.Əbülfətin sevgi şeirlərində ÜRƏK təbiətlə ünsiyyətdədir. Təbiət və onun atributları bu şeirlərdə sevgi duyğularının çiçəklə, yarpaqla, şehlə, tumurcuqla necə doğmalaşdığınıf, biri-birini tamamlamasını aşkara çıxarır. Məsələn, onun «Bu mənəm» şeirinə diqqət yetirək:

Kirpikləri tumurcuqlu,
Bəbəyi leysanla dolan...
Mən kədəri göz muncuüqlu
Sinəsi də xal-xal olan-
yarpaq!
Başqa bir şeirində:
Tumurcuğu çıfrtlamış-
təzə dərdim-tər dərdim.
Mən səni şehli-şehli-
Təzə dərdim, tər dərdim.!

Bu şeirdəki cinaslı qavfiyələrə də diqqət yetirin. Amma şeirin əsas məziyyəti insan ürəyi və istəyi ilə təbiət arasında üzvi bir ünsiyyətin yaranmasıdır. Ümumiyyətlə, Azərbaycan şeirində İnsan-Təbiət vəhdəti həmişə gözəl şeirlərin yaranmasına səbəb olub. Çünki, insan da təbiətin ayrılmaz bir parçasıdır.
6. Çox danışmaq olar Əbülfət Mədətoğlunun sevgi şeirləri barədə. Bu sevgi şeirlərinin hər biri yaşanılan duyğuları ifadə edir. Yalan yoxdu. Qoy Əbülfət bu yolda axtarışlarını davam etdirsin.

Ruhumun sim-sim ktltidi
Nəfəsin dəydi, dirildi,
Bilsən inecə min bir ildi-
Mən səni sevirəm, Qadın!

Məncə, bu şeir Əbülfətin bütün yaşantılarını reallıqla əks etdirir.
«Bir qadına» şeirlər kitabına Xalq yazıçısı Elçin dəyərli bir söz yazıb. O, Əbülfətin sevgi şeirlərindəki Kədər obrazına da yeni məna verib. Yazır ki: «Şairin lirik qəhrəmanının ifadə etdiyi kədərin bədii-estetik səviyyəsi göstərir ki, həmin qəhrəman obrazlar dünyasının sakinidir, o, özünüifadəsi ilə özünü orijinal bədii surət səviyyəsinə qaldıra bili rvə çox təmtəraqlı olmasa da deyərdim ki, oxucunun qəlbinə yol tapır. Ymumiyyətlə, həmin məqalədə Elçin müəllim Əbülfətin şeirlərindəki Kədəri kəşf edir. Sonra Elçin msüəllim bülfətin ayrı-ayrı şeirlərindəki təkrarsız obrazlı ifadələrə diqqət yönəldir.

Əbülfətin şeirlərinə bu ciddi maraq heç şübhəsiz, onun son illərdə yaradıfcılıfğında kamil bir şair kimi formalaşmasıdır. Amma mənim bir iradım var: Əbülfət qarabağlıdır, amma son illərdə onun Qarabağ həsrətini ifadə edən (vaxtilə olduğu kimi) şeirlərini görmək istərdik.

Uğurlar olsun, Əbülfət! Yaradıcılıq axtarışlarını davam elə!



VAQİF YUSİFLİ

01 -03 İYUN, "KASPİ” 2019





İmza:

YAZARIN ARXİVİ

2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-06-15
2019-06-14
13:56 Ziya


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK