adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Iyun 2019 14:22
9207
MƏMLƏKƏT
A- A+

Bakıda Ramazan bayramı münasibəti ilə yarmarka təşkil ediləcək

Ramazan bayramı ilə əlaqədar Bakının 2 rayonunda yarmarka təşkil olunacaq.

BunuKənd Təsərrüfatı Nazirliyiyanında "Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova deyib. Onun sözlərinə görə, bayram yarmarkaları 2 gün- 4-5 iyun tarixlərində baş tutacaq:

"Yasamal və Nizami rayonlarında icra hakimiyyətlərinin dəstəyi iləKənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən yeni "Kənddən şəhərə” yarmarkaları keçiriləcək. Yarmarka Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi, 225 saylı orta məktəbin qarşısı, "Space" TV -nin qarşısı, Nizami rayonunda isə Qara Qarayaev prospekti 36 A, Orbita ticarət mərkəzinin yanında olacaq”.

O qeyd edib ki, fermerlər avadanlıqları ödənişsiz şəkildə əldə edəcəklər:

"Məhsullar Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyalarında müayinə olunacaq. Yararsız məhsullar bazardan çıxarılacaq. Qiymətlər tələb-təklif əsasında formalaşır, lakin məhsulların qiyməti topdansatış qiymətlərindən yüksək ola bilməz”.