adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Iyun 2019 12:56
20654
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: GÖRÜM

Mən Dan üzünə baxdım...
Baxdım ki, səni görüm!
Ömrümü nurlandıran -
Günəşə təni görüm...

İçimdə vurhavurnan
Köçən perikmiş durnam...
Gözüm , bir az da nurlan -
Mən , Sən Vətəni görüm!

Qəmdi gözün dolduğu
Kirpik, kirpik solduğu...
Duamın çin olduğu -
Həmin vədəni görüm!