adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Iyun 2019 11:47
5655
HADİSƏ
A- A+

İki qardaş yol qəzasında öldü

Şamaxı şəhəri ərazisində "VAZ-21214” və "Shacman” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, iyunun 1-də saat 16 radələrində Şamaxı şəhəri ərazisində Quşçu kənd sakini Ramil İsmayılovun idarə etdiyi "VAZ-21214” və Qobustan rayon sakini Ramil Şahverdiyevin idarə etdiyi "Shacman” markalı avtomobillər toqquşub.

Nəticədə R.İsmayılov və sərnişini, qardaşı Rasim hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.