adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Iyun 2019 11:33
19448
SİYASƏT
A- A+

Milli Məclisin növbədənkənar sessiyasında 5 iclas keçiriləcək

Milli Məclisin növbədənkənar xüsusi sessiyasında 5 plenar iclasın keçirilməsi nəzərdə tutulub.

Adalet.az ONA-ya istinadən xəbər verir ki, xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-ivə iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.

Sessiya çərçivəsində komitə iclasları da keçiriləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.