adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyun 2019 11:30
8776
MƏMLƏKƏT
A- A+

100 baldan az nəticə göstərən abituriyentlərə ŞAD XƏBƏR

Abituriyentlər yaz imtahanında topladığı baldan asılı olmayaraq, yay imtahanında iştirak edə bilərlər.

Adalet.az xəbər verir ki. bu barədfə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Məlumatda qeyd olunur ki, yaz imtahanındatopladığı bal 100-dən az olan abituriyentlərin də yay imtahanında iştirak etmək hüququ var.

28 apreldə buraxılış imtahanı modelində qəbul imtahanı verməyən əvvəlki ilin məzunları isə yay qəbul imtahanında iştirak edə bilməyəcəklər.

Ali təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılır. Cari ilin məzunları üçün birinci mərhələ buraxılış imtahanları hesab olunur. Əvvəlki ilin məzunları isə buraxılış imtahanı formatında əlavə imtahanda iştirak etməlidirlər.

I mərhələdə iştirak etməyən abituriyentlər II mərhələyə buraxılmır. Bu səbəbdən, 28 aprel buraxılış imtahanı modelində keçirilən imtahanda iştirak etməyən əvvəlki illərin məzunları yay qəbul imtahanında iştirak edə bilməyəcəklər.

Xatırladaq ki,yay qəbul imtahanlarına elektron qeydiyyat 30 may – 10 iyun tarixlərində aparılır.