adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Iyun 2019 16:36
38384
TEXNOLOGİYA
A- A+

Azercell növbəti dəfə tələbələrlə görüşüb

Hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərində fəal iştirak edən "Azercell Telekom” MMC növbəti dəfə Xəzər Universitetində ənənəvi olaraq təşkil olunan İş Sərgisində tələbələrlə görüşüb.

"Azercell"dən Adalet.az-a verilən məlumata görə, şirkətin İnsan Qaynaqları departamentinin mütəxəssisləri sərgi iştirakçılarına şirkətdə mövcüd karyera imkanları və xüsusi olaraq tələbələr üçün keçirilən proqramlar barədə geniş məlumat təqdim ediblər.

Qeyd edək ki, bu il Azercell tələbələr üçün yeni "Azercell-Lab"- ödənişli təcrübə proqramını elan edib. Layihənin məqsədi Rəqəmsal Texnologiyalara marağı olan tələbələrə dəstək olmaq və onları telekom sahəsinin ən son yeniliklərləri ilə daha yaxından tanış olmağa dəvət etməkdir. Seçim mərhələlərini uğurla keçən tələbələr ""İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində 6 aylıq ödənişli təcrübə keçmək, Azercell tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanı əldə edirlər.

Məlumat üçün bildirək ki, Azercell daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən tələbələrə Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.

"Azercell Telekom” MMC öz fəaliyyəti dövrü ərzində gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşıb. Bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə daim öz töhfəsini verir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.