adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Iyun 2019 15:37
6702
HADİSƏ
A- A+

Azyaşlıların zərər çəkdiyi qəzanı törətmiş sürücü tutulub

Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü tutularaq istintaqa cəlb edilmişdir.

Baş Prokurorluqdan verilən məlumata görə, iyunun 1-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Elnur Şiriyevin 108A nömrəli marşrut xətti üzrə idarə etdiyi "Daewoo” markalı, 10-TG-550 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yolu keçən piyadalar - 2012-ci il təvəllüdlü Sevgi Quliyeva və Nahid Babayevi vurub onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.

Aparılmış istintaqla hadisənin Elnur Şiriyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaq-əməliyyat tədbirləri nəticəsində E.Şiriyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.