Əbülfət MƏDƏTOĞLU: SÖZ GÜLLƏSİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
41719 | 2019-06-01 10:35

Hərgünümüz özünəməxsus çalarlarıya ömrümüzə köçür. Əslində ömrümüzə köçmür ey,ömrümüzü köçürdür. Özü də ağına-bozuna baxmadan, Cənnət-Cəhənnəm fikirləşmədən.Yəni necə gəldi... lap bir az da açıq ifadə etsəm, kor adam qılıncı necəoynadırsa, bax, onun kimi...

Bəli, məndəfələrlə vurğulamışam, açıq mətnlə və yaxud açıq fikirlərlə özümə, ailəmə,doğmalarıma, çevrəmə bildirmişəm ki, günümün reallığı ilə yaşamağa məhkumam, onudəyişə bilmirəm. Yalandan xəyali və yaxud da abstarkt nəyisə uydurub onunlaözümə ovqat düzəldə bilmirəm. Ona görə də hər söz, hər fikir həmin o korun əlindəkixəncər kimi öz işini görür... Bir də baxıb görürəm ki, açılmış güllər hədəfi təkcədərib deşməyib, həm də param-parça edibdi. O parçalanan hədəf də mənim ürəyimdi!..Belə olan halda ürəyi qorumaq, onu müalicə etdirmək ən azından mənasız bir cəhddir.Ona xərclənən isə havaya sovrulmuş vəsaitdir. Çünki bu atəş, bu güllə yağışıbir günün, beş günün işi deyil ki, ondan qorunasan. Bu hər yerdə və hər an gözlənilənvə gözlənilməyən yerdən açıla bilər. Açıldısa, deməli, hədəf yoxdu!..

Hər günmənə elə gəlir ki, həyatın sonuncu anını, mərhələsini, məqamını yaşamaq üçün,başa vurmaq üçün evdən işə gəlmişəm... Hər gün mənə elə gəlir ki, evdən çevrəmdəkilərlə,tanıdıqlarımla vidalaşmaq üçün çıxmışam. Hər gün mənə elə gəlir ki, sondan əvvəlkisonumu bu şəhərə vida kimi gəzdirməyə çıxarmışam... Və beləcə, hər gün də bussenari, bu həyat tərzi məni qatıb qabağına qovur və yaxud da alıb tərkinə özüilə aparır. Hər iki halda qurbanlıq da, nişangah da elə mən özüməm. Necə deyərlər,hədəf olduğumu boyuma biçən bəxt yazısı bu yerdə mənə naşükürlük etmək imkanıda vermir. Necə deyərlər, öz cəzandı, çək! Mən də cəzalılar kimi öz cəzamı çəkirəm.Hətta bir dəfə unudulmaz və həyatımınböyük hərflərlə dost səhifəsində adını yazıb yaşatdığım hüquq elmləri doktoruŞirxan Adıgözəlova oxuduğum şeirdə o mənə öz cəzamı düzgün təyin etdiyimixüsusi bir vurğuyla xatırlatmışdı. Çünki mən yazmışdım:

Qayğılıçəkdiyim, dərdli çəkdiyim,

Bu boydaBakıda dərddi çəkdiyim...

Mənimazadlıqda şərti çəkdiyim –

Cəzanınadını çəkənlər bilər!..

Bəli, mənindi həmin o çəkməyə məhkum olunduğum cəzanın icra olunduğu, daha doğrusu,yaşandığı məkanın enini, boyunu ölçməklə fikrimi dağıtmağa, bir az silkələnibnormal adam olmağa cəhd etsəm də alınmır. Öncə ona görə alınmır ki, gözümünönündəki tətikdə bir barmaq var. O barmaq o tətiyi hər an çəkə bilər... Mən dəbunu bildiyimdən sadəcə içimdə danışmağa, içimdə çözülməyə cəhd edirəm. Düşünürəmki, mənə aid gerçəkliyi sən daha yaxşı görüb duyarsan, sən daha yaxşı çözə bilərsən.Bax, onda bir əzabın da, bir ağrının da, bir sarsıntının da bir gülləninqurbanı olması təqdir edilər. Güllə də şərəflənər, elə o saydıqlarımdanqurtulanda. Sənsə yadına salarsan:

Bitərnigarançılıq

Bitərbütün əzablar...

Qayıdarməcrasına –

Səni üzənəsəblər...


Ovqatınaşeh düşər

Kipriklərində gülər...

Dünən çəkdiklərini–

Dünəndəqalan bilər!..


Qupquruyastığını

Susarsantumarlayıb...

Saçın daqarışmayıb –

Onlar daşumal qalıb...


O səhəraçılacaq

Gecəsindəqalanla...

O gecədəqalanı –

Unut, sənbu yalanla!..

Doğrudanda özünü inandırmaq üçün nə qədər yalan uydurursan uydur, sonda bütün bunlarsabun köpüyünə çevrilir. Başını qaldırıb, gözünü açıb baxıb görərsən ki, həmino sabun köpüyü də buxarlanır. Sən də arxasınca baxırsan... Baxırsan və hardansalap uzaqdan, bəlkə də qeybdən bir səs gəlir qulağına. Elə bir səs ki, onu eşitməməkmümkün deyil. Bəlkə də o ruhun səsidi... bəlkə də vida nəğməsidi... bəlkə də səninözünün-özünlə söhbətindi... bəlkə də sənə doğru uzanan və görüb tutmadığın əlininsəsidi... Amma hər nədisə, sirlidi – yozmaq qədər yazmaq da çətindi o səsi.Çünki o səsin damarında cəmi-cümlətani üç-dörd söz var, misra var:

Əyibqanad, qanad

Yoluyarpaq, yarpaq...

Çırpıbbudaq, budaq -

Sonra dabudayın...

Məni məndənqurtarın...

Bu istək,bu arzu bəlkə də kiməsə xoş gəlmədi... kiminsə qəlbinə toxundu... kimisə kövrəltdi...Və mən bu xoş gəlməyən, bu qəlbə toxunan istəyin mahiyyətinə varmıram. Onudöyüb, çırpıb hansısa bir başqa formaya salmıram. Ona görə ki, bu anda, bu istəyimiicra edib gerçəkləşdirməyə canımda güc yoxdu. Gücsüz adamın da boynundan hündüratlanmaq istəyi gülüş doğurur. Mən nişahgah-hədəf olduğumu bilirəm. Üstəlik,gülüş predmeti də olmağı arzu etmirəm. Axı istəyin, diləyin iki başı var: istədiyinolmur, istəmədiyin özünü yetirir yanına. Və sən də ondan qurtula bilmirsən. Üstəlik,bir insan kimi olmaq imkanın məni həmişə düşündürür. Xüsusilə xatirələrlə, dünənləbağlı məsələlərdən söhbət düşəndə gözlənilməz olaylar bir zəncir həlqəsi kimibir-birinin içərisindən gəlib keçir. Mən də bu özü-özünün içərisində olandünyamın pəncərəsindən elə özümə baxıram. Baxıb kimliyimin fərqinə varmağaçalışıram. Bir növü güzgüdə özünə baxan adam kimi. Həmin adamın pıçıltısımisralanır dilimin ucunda:

Əllərimdəqabar var

Daşdaşıyan adamam...

İçindəağrı çapar –

Başdaşıyan adamam...


Özəldünyam var – qərib

Ordankönlüm qəm dərib...

Qurunugünə sərib –

Yaş daşıyanadamam...


Baxdıqcayana-yana

Bulaşıriçim qana...

İtirilənhər ana –

"Kaş...”daşıyan adamam...


Nəyazılıb bürcümə?

Birəsalıb kürkümə...

Eh... məndə ki, bu cürə -

Yaşyaşıyan adamam...

***

Günlərinbir-birini əvəz etməsi bu təbii bir prosesdi. Bəzən bunu obrazlı deyirik ki, dəyirmanöz işindədi, çax-çax da baş ağrıdır. Bax, bu mənada mənim söylədiklərim nə qədərmənə munis olsa da, onun indiki anda dinləyiciyə çevrilən dizaynerimiz Şamxalaheç bir dəxli yoxdur. Çünki hərə öz köynəyinin içərisindədi, öz dərdi özünədaha doğmadı. İstəyir zümzümə etsin, istəyir lətifə danışsın, bu mənim günümünovqatında heç nəyi dəyişməyəcək. Bilmirəm kim deyib və yaxud kim yazıb,xatirimdə belə bir lövhə var. Yaddaş kartımın hesabına onu təzələmək istəyirəm.Deməli, həmin xatırladığım məqam bundan ibarətdir ki, bir nəfər həddindən artıqyeyən, acgözlük edən imiş. Bunu özacgözlüyündən daşındırmaq üçün gözünün özünə gətirib cəllad kötüyüqoyurlar. Qısa bir zamandan sonra həmin adamın necə arıqladığı, iştahsız durumadüşdüyü məlum olur. Bax, bu mənada indi mən də bütün xoş mesajlara rəğmən özovqatımdayam. Çünki gözümün önündəki tətikdə bir barmaq var – hər an çəkiləcəktətikdə bir barmaq!

Hə, deyəsənbir az filosofluq etdim, ya da uzunçuluq. Amma bütün hallarda gerçək olaraqqalır. Ona görə də içimdə boğduğum səsin hıçqırtısını misralarda ifadə edirəm.Özü də belə:

Batırmışamsəsimi

Bir korquyu dibində...

Mənimboynum bükülü –

Dərdin əlicibində...


Ümidsaralmış yarpaq

Həyatdolaşmış kələf...

Ovcunuaçır torpaq –

Günlərolduqca tələf...


İsinənkiprikləri

Sonra daüşüdür buz...

Olurgözün yastığı –

Kirkirədənkeçən duz...


Nəduruş, nə də baxış

Dəyişməyirheç nəyi...

Bu danaxışdı, naxış –

Dərdin məniseçməyi...


Bəli, hərənikimsə seçir, kimsə də hərəni. Amma bəxti seçmək olmur... valideyni seçməkolmur. Bax, bu mənada dərdi də seçmək mümkün deyil. Onlar bizimlə birlikdəolurlar, bizimlə birlikdə yaşayırlar, bizimlə birlikdə dözülən və dözülməzolurlar. Təbii ki, burada söhbət bəxtlə dərddən gedir, valideydən yox! Və biraz da kəskin ifadə etsəm, dərd elə bəxtin içərisindədi, bəxtə bürünüb gəlir. Mənhər dəfə bu barədə düşünəndə özümün nədə, harda günahkar olduğumu və yaxudyalnışlıqlar etdiyimi çözməyə də çalışıram. Bir az anlaşmaq, bir az olanlardannəticə çıxarmaq cəhdi müəyyən qədəralınır. Lakin tapa bilmədiyim cavabsız suallar bildiklərimin də üstünə kölgəsalır. Nəticədə heç nəyə nail ola bilmirəm. Hətta bütün varlığımla ibadətindəolduğum Sən də, hətta xidmətində dayandıqlarım da sonda məni günahkarbilirsiniz. Günahkar olmağın da (hətta olmasam belə - Ə.M.) mənim boynumadüşür. Nə isə...

Bütünhallarda ortada bir gerçək var. O da tətik və ondakı barmaqdı. Heç kim deyəbilməz ki, ona güllə tuşlanmayıb... heç kim də deyə bilməz ki, mən o güllədənyayınacam... və heç kim də deyə bilməz ki, o barmağın sahibi öncə günahları çözəcək,sonra tətiyi çəkəcək. Axı əvvəlcə lətifələrimizin birində deyildiyi kimi, kəsirlər,sonra sayırlar. İndi barmaq sahibi də öncə tətiyi çəkir, sonra günahı çözür.Çalışın özünüzü nişangah, hədəf olmaqdan bacardığınız qədər qoruyun! Yoxsagününüz gün olmayacaq!


TƏQVİM / ARXİV