adalet.az header logo
  • Bakı 19°C
31 May 2019 18:01
22976
ELM VƏ TƏHSİL
A- A+

Həyat yolumuza psixoloji baxış

İnternet əsrinin həyatımıza pozitivlərlə yanaşı bəzi neqativləri də gətirdiyi coxlarımıza aydındır.Müsahidə etdikcə görürük ki,sanki insan amilinə tələbat azalaraq,texnologiyaya maraq daha da çoxalmış və pik həddə çatmaqdadır.Və buna bariz nümunə kimi müxtəlif sferaların aktiv problemlərini,-məsələn,dünyada baş verən maliyyə böhranlarını,mərkəzdən kənar region və əyalətlərdə olan işsizlik problemlərini,müxtəlif xəstəliklərlə mübarizə və onların kökündən həlli yollarındakı maneələri və digər amilləri qeyd edə bilərik.

Bax bu kimi şəraitdə şəxsin özünü ifadə imkanları məhdudlaşır və aqresiya ilə yüklənməyə başlayır.Ətrafına, xüsusilə də uğur qazanan və yüksələn pillədə duranlara qarşı qəzəb mövqeyini özününküləşdirir.Ümumi götürsək istər mikro, istərsə də makromühitə ən laqeyd münasibətlərdə olan insan belə cəmiyyətdə öz yerini görə bilmədikdə,dəyər almadıqda,özünə və potensialına tələbat duymadığında bədbinləşir və pessimizmə məruz qalır.Biz vizual halda bəlkə də rahat bildiyimiz bu halı beynimizdə daim emal etməliyik. Cəmiyyətin psixologiyasında yenilənən gərginlik ocaqlarını məhv etməliyik.Bu tip ambisiyalar cəmiyyətimizin hər bir üzvünü dərin düşünməyə, mövcud əqli-intellektual potensialını maksimum meydana qoymağa vadar edir.Bax elə buna görə də bu günümüzdə əsl mütəxəssislərə,beynimizin problem situasiyalarını həll edə bilən,insanların psixoloji problemlərə qapılmaması üçün çalışan əsl psixologlara həqiqətən də ehtiyac vardır. Bəzən həyat bizi elə bir situasiyalarla üz-üzə qoyur ki, uzun-uzadı düşünməyə, götür qoy etməyə və düzgün qərar verməyə o qədər zamanımız olmur.

Həyati əhəmiyyət kəsb edən qərarlarımızı bəzən cox anidən verməli oluruq.Odur ki, psixoloji travmalarımız olduğunda sizin bu tip həyati qərarlarınızın icrasında səhvlərə yol vermək sansımız artır.Bu günki yaşam tendensiyamız göstərir ki, biz özümüzü operativ qərar qəbul etməyə, dərhal doğru reaksiyalara köklənməyə sövq etməliyik.Hətta insan faktorunun yaşam tərzinə və mənəviyyatına yad olan bir çöx amillərə uyğunlaşa bilməsi, eyni zamanda isə öz mənini qoruması şərti ilə və yaxud əksinə,hansısa nüanslardan vaxtında imtina etməsi onun həyatını döğru məcraya yönləndirəcək.

Psixoloqlarımızın bu sahədə rəylərini nəzərə alsaq,onlar da bizə cəld oriyentasiya götürməyi məsləhət görür. Bu gün mən öz baxışımin məhsulu olaraq bu məsələyə toxundum.Və çox istərdim ki, bu tip problemlər problem olaraq qalmasın.Bunun üçün hər birimiz bacardığımız gədər birləşməliyik.İctimaiyyətlə keçirilən maarifləndirici tədbirlərin, görüşlərin, seminarların bu isdə çox səmərəli rolu olacaqdır.Yetər ki, bunu istəyək, buna inanaq və icra edək. Baxışlarımızı dəyişməklə həyatımızı gözəlləşdirək.