adalet.az header logo
  • Bakı 20°C
31 May 2019 17:13
11843
GÜNDƏM
A- A+

Paşinyan Mxitaryana niyə zəng elədi? - Rusiyalı ekspert

UEFA Avropa Liqasının Bakıda keçirilən finalı baş tutdu, çempion bəlli oldu. Azərbaycan tarixində ilk dəfə bu cür mötəbər futbol müsabiqəsinə ev sahibliyi edirdi.

UEFA finalın yetərincə yüksək səviyyədə keçirildiyini bildirdi. Mütəxəssislər finalın idman yekunları ilə yanaşı, siyasi yekunlarını da müəyyənləşdirirlər.

Adalet.az Rusiyanın Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markovun qabardılan Mxitaryan məsələsi ilə bağlı açıqlamasını təqdim edir.

Xatırladaq ki, bu müsabiqə öncəsi Azərbaycana qarşı İrəvanın aktiv şəkildə dəstəklədiyi kampaniya nəticəsində "Arsenal”ın oyunçusu Henrix Mxitaryan Azərbaycana getməkdən imtina etdi və buna siyasi don geyindirildi.

Mütəxəssislərin "Moskva-Bakı” portalında bildirdiyi fikirlərə görə, Azərbaycan siyasətin idmana qarışmamalı olduğunu bir daha sübut etdi.

Rusiyanın Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov "Arsenal”ın məğlubiyyətinin həm də Mxitariyanın və onun timsalında Ermənistan siyasətinin məğlubiyyəti olduğuna əmin olduğunu bildirib:

"Mxitaryan Bakıya gedib öz komandasına kömək edə bilərdi, bəlkə o zaman "Arsenal” məğlub olmazdı, ancaq Ermənistan qalmaqal yaratmaq üçün bilərəkdən Mxitariyanın Azərbaycana getməsini əngəllədi. Bu qarışıqlığı yaradan Ermənistan "Arsenal”ın məğlubiyyətində ən böyük səbəbkardır. Şəxsən mən "Arsenal” komandasının menecerlərinin yerində olsaydım, Ermənistandan milyonlarla dollarlıq təzminat tələb edərdim. Mxitaryan isə indi Ermənistan Parlamentində deputatlıq üçün namizədliyini irəli sürə bilər”.

Sergey Markov həmçinin İrəvanın Mxitaryanı yalan vədlərlə aldatdığını düşündüyünü də deyib:

"Paşinyan ona boş yerə zəng etməmişdi. Beləliklə Ermənistan Mxitaryanı zərbə altında qoydu, öz siyasi məqsədlərinə görə onun futbol karyerasına zərbə vurdu. Bakı isə bütün əks kampaniyalara baxmayaraq bu siyasi oyunu uddu. Finalı möhtəşəm keçirən Bakı yenə bütün diqqətləri üzərinə çəkə bildi. Hər kəs məmnun qaldı, "Arsenal”dan başqa. Nəticədə Mxitaryanın ətrafında dönən bu qədər oyuna dəymədi. Mənasız piyar oldu və Bakı təhlükəsizliklə bağlı bütün suallara sərt cavab verdi.

Sergey Markovun fikrincə Ermənistan bu hadisədən başqa cür də istifadə edə bilərdi:

"Mxitaryandan başqa cür də istifadə edə bilərdilər, amma Ermənistan bu cür davranaraq bir daha sübut etdik ki, Qarabağ münaqişəsinin həlli ona lazım deyil. Ermənistan status-kvonu qorumağa çalışır, bunu onların final öncəsi bəyanatları bir daha göstərdi".


Tərcümə: Ulucay Akif