adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 May 2019 14:54
9620
MƏMLƏKƏT
A- A+

Qaz verilişində ayrı-seçkilik olur – Qənirə Paşayeva

"Kəndlərə qaz çəkilən zaman fərqli yanaşma müşahidə olunur”. Bunu bu gün Milli Məclisin iclasında " deputat Qənirə Paşayeva deyib.

Xanım deputat bildirib ki, sovet dövründə qaz xətləri çəkilmiş insanların evlərinə qaz verilir, qaz sayğacı qoyulur:

"Ancaq 10-15 il əvvəl tikilən evlərə qaz verilmir, deyirlər ki, bunun üçün həmin sakinlər özləri evlərinə qaz xətləri çəkməlidir. Belə ayrı-seçkilik etmək olmaz. Tovuz rayonunda kəndlərdə belə problemlər var”.

Deputat nəzərə çatdırıb ki, Tovuzda iki mədəniyyət evinin tikintisi yarımçıq qalıb:

"Bu mədəniyyət obyektlərinin tikintisinin başa çatdırılmasına diqqət yetirmək lazımdır. Əks halda, yarımçıq tikililər də dağılacaq”.