adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 May 2019 14:40
10648
MƏMLƏKƏT
A- A+

BALAKƏN: UĞURLARIN SEVİNCİ VƏ RƏHBƏRƏ MİNNƏTDARLIQ

Son illər Balakən rayonunun bütün istiqamətlər üzrə inkişafından, ayrıca olaraq Balakən şəhərinin xüsusi bir görkəmlə modernləşməsindən, qəsəbə və kəndlərdəki müasirləşmədən sevinc dolusu söhbətlər gedir, qürurlu anlar yaşanır. Hər dəfə bu gözəl məkana yolum düşəndə şəhərin çox yerində olmağa çalışıram. Balakənin yeni tikililəri, abadlıq-quruculuq işlərinin müasir üslubda aparıldığı yerlərə də baş çəkirəm. Hərdən sakinlərlə söhbətlərə də cəhd edirəm.

Belə məqamlarda hər zaman bir təəssübkeşlik, el-oba sevgisi yaşanır, paylaşılır. Bütün bunlar təbii ki, Balakənin ümumi səviyyəsindən irəli gəlir. Sakinlər rayonlarının daim inkişafda olmasından qürur duyduqlarını, çox işlər görüldüyünü bildirirlər. Balakənlilər ölkə rəhbərliyinə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərilən bu qayğı və diqqət üçün sonsuz minnətdar olduqlarını böyük rəğbət və məhəbbətlə dilə gətirirlər. Əksəriyyət yaxşı başa düşür ki,cənab Prezident Balakənin inkişafında, şəhərin daha gözəl və modern görkəm almasında necə böyük tədbirlərin görülməsinə, sərəncamlara imza atmış və görülən işləri daim diqqətdə saxlamışdır.

"Balakənin son illər ərzində inkişafı məni çox sevindirir. Çünki doğurdan da son illərdə böyük bir irəliləyiş olmuşdur. Balakəndə sosial problemlər öz həllini tapır". Balakən rayonu haqqında söylənilən bu qiymətli fikirlər də elə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Başqa məqamlar da var. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin camaatla daha yaxın olması, ona müraciət edən sakinləri hər dəfə eyni səmimiyyətlə dinləyib lazımi tədbirlər üçün göstərişlər verməsi, məmurlar komandasını müntəzəmliklə vətəndaşlara daha yaxşı və nümunəvi xidmətə səfərbər etməsi həmişə rəğbətlə qarşılanır.

Bu mənada Balakən rayonunda 2019-cu ilin birinci rübü də uğurlu nəticələrlə yekunlaşıb. Bütün bunlar barədə birinci rübün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda geniş söhbət açılmışdır. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev məruzə ilə çıxışında demişdir:

- 30 aprel 2019-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsi keçirilmişdir. Həmin müşavirədə cənab Prezident bildirmişdir ki, cari ilin ötən dövrü ərzində qarşıya qoyulan vəzifələr uğurla icra edilmiş, qeyri-neft sektorunun dinamik inkişafı təmin olunmuş, əsas sosial-iqtisadi göstəricilər müsbət olmuşdur.

2019-cu ilin birinci rübünün ən əhəmiyyətli hadisəsi şübhəsiz ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsidir.

Dövlət Proqramının icrası nəticəsində regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı davam etdiriləcək, infrastruktur və sosial xidmətlər daha da yaxşılaşdırılacaq, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi təmin ediləcəkdir.

2019-ci ilin birinci rübündə rayonumuzda da investisiya və Dövlət Proqramlarının icrası, tikinti, abadlıq-quruculuq işləri davam etdirilmiş, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişaf etdirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Yazlıq bitkilərin əkini üçün hazırlıq tədbirləri başa çatdırılmış, payızlıq taxıl sahələrinə aqrotexniki qulluq göstərilmişdir.

Görülmüş işlərin nəticəsində rayonda 1 aprel 2019-cu il vəziyyətinə 3334,7 ha sahədə əkin aparılması təmin edilmişdir. Hal-hazırda rayonun təsərrüfatlarında yazlıq bitkilərin- tütün, qarğıdalı, tərəvəz, soya, yonca və digər bitkilərin əkini davam etdirilir.

2019-cu ildə rayonda 1075 qutu barama qurdundan 43,0 ton yaş barama istehsal edilməsi nəzərdə tutulmuşdur. Bu da əvvəlki ilin səviyyəsindən 13,0 ton çoxdur. Barama toxumunun rayonda dirildilməsi üçün inkubasiya otaqları təmir edilmiş və digər zəruri hazırlıq işləri görülməklə toxumun inkubasiyası və barama qurdlarının 333 kümçü ailəsinə paylanılması təmin edilmişdir.

Cari ildə 450 ha sahədə tütün əkilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahələri seçilməklə keyfiyyəti təhlil edilmiş, istehsalçılarla müqavilələr bağlanılmış, onların kreditə, mineral gübrələrə olan tələbatının ödənilməsi istiqamətində işlər görülmüş, şitil istehsalı üçün istixanalar hazırlanmışdır. Emal müəssisələri olan "Azərtütün" MMC ilə 320 ha, "İlhamM" MMC ilə 65 ha, "Azəri" korporasiyası ilə 65 ha sahədə tütün əkilməsi məqsədilə müqavilələr bağlanılmış və 360 ha sahədə Virciniya, 10 ha sahədə Berley, 80 ha sahədə İtiyarpaq növ tütün əkilməsi proqnozlaşdırılmışdır. Artıq tütün şitilinin sahələrə köçürülməsinə başlanılmış və 340 ha sahədə tütün əkilməsi təmin olunmuşdur.

Cari ildə fındıqçılığın inkişaf etdirilməsi sahəsində müvafiq işlər görülmüş, 400 hektar sahədə yeni fındıq bağları salınmışdır. Yeni salınmış fındıq bağlarının 388 hektarı xüsusi, 3 hektarı dövlət, 9 hektarı isə bələdiyyə mülkiyyətində olan bağlardır. 2016-2019-cu illərdə ümumilikdə 4678 ha sahədə yeni fındıq bağları salınmış, fındıq bağlarının ümumi sahəsi 10344 hektara çatdırılmışdır.

Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, məhsul istehsalının artırılması üçün müvafiq işlər görülmüş, iribuynuzlu mal-qaranın sayı 37396 başa, xırdabuynuzlu heyvanların sayı 38496 başa çatdırılmışdır. İribuynuzlu mal-qaranın sayı keçən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz, xırdabuynuzlu heyvanların sayı isə 5,4 faiz artmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" 2015-ci il 19 avqust tarixli Sərəncamına uyğun olaraq süni mayalanma yolu ilə alınmış 389 buzova görə ümumilikdə 38900 manat subsidiya hesablanaraq sənədlər Respublika Komissiyasına təqdim olunmuşdur.

Cari ildə rayonda torpaq analizlərinin aparılması istiqamətində işlər davam etdirilmiş, bu məqsədlə fermerlərlə görüşlər keçirilmiş, onlara müvafiq tövsiyələr verilmişdir. Rüb ərzində 319 hektar sahədən 53 torpaq nümunəsi götürülmüş və torpaq sahibləri alınmış nəticələr barədə məlumatlandırılmışdır.

"Aqrolizinq" ASC-nin rayon nümayəndəliyi tərəfindən istehsalçıların texnikaya, mineral gübrələrə, pestisidlərə olan tələbatının ödənilməsi sahəsində işlər görülmüş, 98 ha sahədə əkin aparılmış, 910 ton mineral gübrənin 70% güzəştlə istehsalçılara satılması təmin edilmişdir.

(ardı növbəti sayımızda)

Məzahir ƏHMƏDZADƏ