adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 May 2019 12:54
18759
SİYASƏT
A- A+

“Dövlət büdəcsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib” – Komitə sədri

"Azərbaycan bu gün dünyada dinamik inkişaf edən ölkə kimi tanınır, mühüm qlobal layihələr həyata keçirir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziya Səmədzadə deyib.

Deputat bildirib ki, ötən il əhalinin adambaşına düşən gəlirləri artıb, inflyasiya təkrəqməli olub, manatın məzənnəsi sabit qalıb.

Z.Səmədzadə vurğulayıb ki, enerji daşıyıcılarının qiymətlərində müsbət dinamika xarici ticarət balansının müsbət nəticələnməsinə səbəb olub:

"2018-ci ildə xarici ticarət dövriyyəmiz 30,9% artaraq, 31,8 milyard dollar təşkil edib. 20,3 milyard manat tədiyyə balansında müsbət saldo yaranıb.

Burada qeyri-neft əmtəə ixracının 9,8% artmasını xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb. Valyuta ehtiyatımız ötən ildə 44,5 milyard manat olub. Dövlət büdəcsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib”.