adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DUZSUZ ADAM

FAİQ QİSMƏTOĞLU
42846 | 2019-05-31 12:52

...Və duzlu adamdeyəndə təbii ki, şirin, yumorlu, lətifəli və bir də insana bir anın içindəqaynayıb-qarışan insanlar yada düşür. O insanlar ki, onunla bir kəlmə kəsirsən,yoldaşlıq eləyirsən, oturub-durursan, görürsən ki, çox səmimi, çox şirin və çoxda duzlu adamdı. Bəlkə də həmin adam bu qədər şirin olduğunu hiss eləmir. Ancaqonun qarşısındakı insan söhbət eləyəndə görür ki, yox ey qardaş, bu adam ürəyəyaxın, duzlu insandı. Və ürəyə yaxın, duzlu insanla adam dünyanın o başına dagedə bilər. Tay onlar başqaları kimi səni yarıyolda atıb aradan çıxmazlar...

... Və budünyada "quru"və "duzsuz" adamlar da var. "Quru" adamlara elarasında "duzsuz" adamlar deyirlər. Bu duzsuz adamlar da pis adamlardeyillər ha! Belə baxanda onların da öz dünyası var. Adam var ki, birsaat, iki saat yol gedirsən, ağzını açıb bir kəlmə danışmır və sənin dəürəyin partlayır, bu sükuta dözə bilmirsən. Axırda dilə gəlib deyirsən ki, ay rəhmətliyinoğlu, ağzına su almısan? Yolboyu gedirik bir kəlmə danışmırsan, susursan! O dadiqqətlə sənə baxır və dillənir ki, mənim xasiyyətim belədir. Dedik axı, heç belələrini qınamalıda deyil... heç belələrindən küsmək də bir o qədər kara gəlmir... heç belələriniçox çək-çevirə salmaq da olmaz... çünki onların da öz aləmləri, öz dünyaları,öz düşüncələri var...

... Bəzən dəgörürsən ki, biri o qədər danışır, həm özünü yorur, həm də səni. Bütün yol boyuboş və mənasız söhbətlər eləyir. Düşünürsən ki, ay dadi bidad, nə vaxt bundancanımı qurtaracam! Elə ki, mənzil başına çatırsan, şükür eləyirsən ki, canınyaxşı qurtardı. Heç belələrinə duzlu adam da demək olmur ha! Çünki onlar ağzınagələni üyüdüb tökürlər və danışırlar. Ağzına gələni üyüdüb tökəndə,danışanda təbii ki, onun söhbətindənbezar olursan...

... Şirin, duzluvə yumorlu adamlar çox olur. Və bu şirin, duzlu adamlar mənim düşüncəmə görə, həryerdə var. Bizim Bəhmənlidə isə iki nəfər idi: bir Xalaoğlu Tərxan, biri də traktoristMürşüd! Allah hər ikisinə rəhmət eləsin! Hər ikisinin duzlu, məzəli söhbətlərindəndoymaq olımurdu...

... Xalaoğlu Tərxan bizim məktəbdə gözətçi işləyirdi.Rəhmətlik Əvəz müəllim də məktəb direktoru idi. Və məktəb direktoru olan Əvəzmüəllimin zəhmindən nəinki biz şagirdlər, müəllimlər də qorxurdu. Yeganə adamXalaoğlu Tərxan idi ki, Əvəz müəllimin yanında özünü çox rahat hiss edərdi.İşini görərdi, məktəbdə nə olurdu hamısını Əvəz müəllimə çatdırardı. Əvəz müəlliminqanın ən qara vaxtında ancaq Xalaoğlu Tərxan onun yanına girə bilər, bir duzlulətifə danışıb eynini açardı. Bundan sonra işi düşənlər Əvəz müəlliminovqatının yaxşı olduğunu bilib yanına gedərdilər. Və rəhmətlik Əvəz müəllim dəçox təmiz və ədalətli ziyalı idi. Bacardığı qədər hamıya kömək edərdi...

... TraktoristMürşüdün isə öz yumor, lətifə dünyası vardı. Biz uşaq olanda kəndimizə Bakıdan,Füzuli şəhərinin özündən müğənnilər, aktyorlar gəlib konsert verərdilər. Bax,onda da traktorist Mürşüd səhnəyə çıxar, öz yazdığı şeirlərini, yumorlarını, lətifələrinidanışardı və camaat da gülməkdən uğunub gedərdi. Bəhmənlilər də Bakıdan gələnmüğənnilərdən, aktyorlardan çox traktorist Mürşüdü alqışlayardılar. Deyərdilər ki, pah atonnan, bu Mürşüddə nə qədərgüclü yumor, duz varmış! Burdan bura biz ona qiymət verməyi bacarmamışıq...

... Bir güntraktorist Mürşüd kolxozdan verilən əlavə əmək haqqını alır. Əlavə əmək haqqıda düz dörd "paçka" qırmızıonluq imiş. O vaxt həmin pulla bir ailəni bir il dolandırmaq olurdu. Həmin gündə Bəhmənlidə toyumuş. Mürşüd yeyib-içir, keyfi ala buluddan nəm çəkir.Musiqiçlərə deyir ki, mənim havamı çalın! Onun da havası Kamilov kimi"Heyvagülü"ymüş. "Heyvagülü"nü oynaya-oynaya o dörd"paçka" pulun hamısını musiqiçilərə paylayır. Musiqiçilər də indikimanıslar kimi "ipiqırıq" deyilmiş. Yəni traktorist Mürşüdü yaxşıtanıyırlarmış. Bilirlərmiş ki, onun dilinə 50 qram araq dəydi, pulun hamısınımusiqiçilərə verəcək. Onlar da toydan sonra pulu saxlayırlar. Ancaq Mürşüdügörmürlər. Mürşüd evə gələndə yoldaşı görür ki, əli ətəyindən uzun qayıdıb,dörd "paçka" onluqdan biri də yoxdu. Evdə bir dava qalxır ki, gəl görəsən!Mürşüd axşam yatır, səhər görür ki, nağaraçalan Hətəm onların qapısındadı. Dörd"paçka" onluğun hamısını gətirib üstündən cəmi 50 manat pul götürüblər.Pulu traktorist Mürşüdə qaytarır və Mürşüdün arvadının, balasının, özünün gözünəişıq gəlir. Çünki traktorist Mürşüdün halal pulunu heç kim yeyə bilməzdi. Onagörə ki, traktorist Mürşüd gözünün işığını da, ürəyini də camaata verən adamidi...

... Duzlu adam dedim,yadıma Bəhmənlidən iki kişi düşdü: birXalaoğlu Tərxan, biri də traktorist Mürşüd! Bəziləri deyirlər ki, çörəyiminduzu yoxdur. Qurban olum Allaha, çörəyimizin duzu da var, ruzisi də! Sadəcəolaraq, bizim çörəyimizi yeyib ona dəyər verməyənlərin özlərinin duzu yoxdur.Ona görə də heç kim ürəyini sıxıb eləməsin ki, onun çörəyi duzsuzdur! Nə qədərduzsuz adamlar var, bir o qədər də çörəyimiz duzsuz olacaq! Əsas odur ki,özümüzün və çörəyimizin duzu olsun!...


TƏQVİM / ARXİV