adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 May 2019 12:16
31757
İDMAN
A- A+

Azad Rəhimov portuqaliyalı futbolçunu təltif etdi

Bakıda səfərdə olanTürkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma gənclər və idman naziriAzad Rəhimovla görüşüb.

Görüşdə "Beşiktaş" fanatları da iştirak ediblər.

Nazirportuqaliyalı yarımmüdafiəçini salamlayıb və futbolçunun gəlişinin şəhərlə tanışlıq xarakteri daşıdığınıbildirib.

O, UEFAAvropa Liqasının finalının yüksək səviyyədə keçdiyini və ölkəyə gələn qonaqların yaradılan şəraitdən razı qaldığını qeyd edib.

Nazir söyləyib ki, Azərbaycan mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə tam hazırdır.

Daha sonraKuerajma Azərbaycan və Portuqaliya arasındakı dostluğa görə diplomla təltif olunub.