adalet.az header logo
  • Bakı 20°C
31 May 2019 11:45
7114
HADİSƏ
A- A+

Polisə bıçaqla müqavimət göstərən şəxs zərərsizləşdirilib

Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.

DİN mətbuat xidmətindən verilən məlumata görə, mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb.

Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gələn Əcəmi kənd sakiniCəmil Qurbanovsaxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o, zərərsizləşdirilərək tutulub.

Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş92ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.