adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Əlimdə qalan altı qoşanın əhvalatı - Ulucay Akif yazır

11787 | 2019-05-30 15:47

Məhəlləmizdə Əlövsət adlı bir kişi var. Ona kişi dediyim üçünbəribaşdan bütün kişilərdən üzr istəyirəm, çünki, o, bu dünyada tanıyabiləcəyiniz ən əclaf adamdır. 

Əclaf sözünə görə isə heç kimdən üzr istəmirəm. Əgər heç əclaflar əclaf olduqları üçün bizdən üzr istəmirsə, biz niyəonlara əclaf dediyimiz üçün üzr istəməliyik?

Əlövsət dayının niyə əclaf olduğunusoruşursunuz? Deyim də...Amma birinci bu tip dayılardan danışmaq istəyirəm.

Mütləq ki, sizin də məhəllənizdə elədayılar var. Məsələn, məhəllədə qadınların söhbətlərinə qoşulub qeybət edən, yada hansısa bir qadın haqqında yalandan ağzına gələni danışan, kiminsə qazandığıpulun, kiminsə işinin, kiminsə övladının paxıllığını çəkən nakişilər.

Harada işlədiyi, ümumiyyətlə, işləyib-işləmədiyiməlum olmayan, amma mütləq ki, bahalı bir cipi olan dayılar.

Yaxşı fikirləşin. Çox güman sizinməhəllənizdə də belə dayılar var. Cip məsələsində yanılmış ola bilərəm.

Bax, Əlövsət dayı da o dayılardanbiridir. Həmişə özünü hər şeydən başı çıxırmış kimi aparan, bütün mövzularaburnunu soxan, amma bəlkə heç Əlövsət adının "v", yoxsa "f"hərfi ilə yazıldığını da bilməyən mənasız bir adamdır. Düzü, Əlövsət adının"v", yoxsa "f" hərfi ilə yazıldığını heç mən də bilmirəm. Siz bilirsiniz?

Nəysə...Mövzudan yayınmayaq. Həm dəki, ona əclaf deməyimi izah etməyə səbəb görmürəm. Çünki əclaf  adamın üzünəbaxan kimi əclaf olduğunu hiss edə bilirəm. Siz hiss etmirsiniz?

Keçən gün dostlarımla məhəlləmizdəki"Veteran" çayxanasında oturub domino oynayırdıq. Təzəlikcə kafemizdənərd və domino oynamaq üçün əlavə pul almağa başlayıblar.

Yan masada yaşlı dayılar söhbətedirdi. Qonşumuz Əlövsət dayı da elə bu məsələyə görə çox əsəbləşmişdi:

- Necə yəni dominoya görə əlavə pulverməliyik?! Belə şey olar?! Öz kafemizdə də dominonu pul verib oynayacağıqsa, tanoldu?! Belə olmaz!

Hamı Əlövsət dayıya "düz deyirdə!" baxışı ilə tamaşa edirdi. Onların gözlərindən heyranlıq hissinirahatlıqla oxumaq olurdu. Hiss olunurdu ki, Əlövsət dayı da bu baxışlardanyetərincə məmnundur və bu baxışlar ona getdikcə daha da güc verirdi. Onundomino barəsindəki bu nitqi mənə Ərdoğanının çıxışlarını xatırladırdı. O,getdikcə daha coşur, daha da ərdoğanlaşırdı:

- Biz neçə ildir bura gələn daimimüştərilərik! Bura bizim kafemizdir! Heç kim bizə dominonu pulla verə bilməz!

Cümlələri çox əsəbi və bir o qədər dəgözəl intonasiya ilə deyirdi. O, bəzən əsl siyasətçilər kimi nitqində ritoriksuallardan da istifadə edirdi:

- Axı niyə susursunuz?! Belə getsə, birazdanbizdən bu kafedə oturmaq üçün də ayrıca pul alacaqlar! Niyə hər şeyə gözyumuruq! Müdiriyyətə şikayət eləmək lazımdır! Susmaq olmaz!

Digər masalardan dalğa-dalğa"düz deyir də", "düz deyir", "halaldı vallah"kimi dəstək cümlələri gəlməyə başlamışdı. Həmin o dalğalar Əlövsət dayınınmasasına sığal çəkib geri qayıdırdı. Bütün masalarda domino və nərd səslərikəsilmişdi.

Birdən yerimdən qalxdım və Əlövsətdayını alqışlamağa başladım. Kafedəki digər adamlar da mənə qoşuldu. Əlövsətdayıya yaxınlaşdım:

- Eşq olsun, Əlövsət dayı! Düzdeyirsiniz! Müdiriyyətə etirazımızı bildirməliyik!

Əlövsət dayı məmnun ifadə ilə mənəbaxdı. Sözümə davam elədim:

- Əlövsət dayı, qalxın gedək şikayətimizibildirək! Mən tək getsəm veclərinə olmayacaq.

Əlövsət dayının rəngi bir andadəyişdi. Üzündəki müdriklik və məmnunluq hissi bir anın içində yoxa çıxdı vəmağmın Əlövsət dayı siması geri qayıtdı:

- Bala, mən yaşlı adamam. İndi gedibmüdirlə domino söhbəti eləsəm ayıb olar. Siz cavanlar gedin deyin, sizdənqorxarlar. - deyib öskürməyə başladı.

Amma mən bu mövzunu belə asan bağlayabilməzdim:

- Düz deyirsiz, Əlövsət dayı, sizağsaqqal adamsınız. Gərək biz gənclər gedək.

Əlövsət dayı canını qurtardığınıdüşündü, tam rahatlayacaqdı ki, masalardan birində əyləşən Əlövsət dayının oğluRəşadnan Hikmətə tərəf döndüm:

- Gəlin gedək mənlə şikayət etməyə.Hər dəfə dominoa görə pul verməyəcəyik ki!

dedim:

Əlövsət dayı tez yerindən qalxdı:

- Ulucay, onları aparma. Onlar heçdomino, nərd oynamır axı. Domino oynayanları apar.

Tamam əsəblərim pozuldu:

- Onlar oynamırlar, mənim də pulum var,pulumu verib dominomu oynayıram! Neyləyirəm başımı ağrıdıb?!

Öz masama qayıdıb dostlarımla dominooynamağa davam etdim.Ara yerdə əsəbdən əlimdəki altı qoşanı öldürdüm.

Tfu sənə, Əlövsət dayı!


TƏQVİM / ARXİV