Əbülfət MƏDƏTOĞLU: MAHİR QABİLOĞLUNA MƏKTUB

ƏBÜLFƏT MƏDƏTOĞLU
40945 | 2019-05-30 15:45

ƏzizimMahir Qabiloğlu! Hal-əhval tutmadan birbaşa səninlə bölüşmək istədiyim fikirlərimi diqqətinə təqdim edirəm. Çox sağ ol ki, yenicəişıq üzü görmüş, bəlkə də oxucularının hamısının hələ xəbərdar olmadığıromanını mətbəə qoxusu canından çəkilmədən mənə bağışladın. Özü də kitabı təqdimedəndə əziyyətə qatlaşıb bir cümlə də olsun aftoqraf da yazmadın. Bunu sözgəlişideyirəm. Çünki mən aftoqraflı kitabları xüsusi hədiyyələr siyahısında görürəm.İnşallah, bir də belə etməzsən. Təbii ki, mənə növbəti kitablarınıbağışlayanda...

ƏzizimMahir! Sənin "İtbaşı” romanının birinci hissəsini oxumağa başlayanda düzünüdeyim ki, bir az tərəddüdlü durumdaydım. Çünki romanın adı mənə yapışmırdı,dilimdə qəribə səslənirdi və hətta bir az ironik görünürdü. Sanki romana adıözün qoymamışdın, kimsə sənə bir lağlağı edirmiş kimi ad təklif edibdi və sən dəbununla razılaşmısan qəlbə dəyməmək üçün. Amma elə buradaca əlavə edim ki,romanın 1-ci hissəsini oxuyub bitirəndən sonra ad məsələsində etdiyinyalnışlığı bütün detallarına qədər tuta bildim. Gördüm ki, bu sənin öz romanınabir qoruyucu şinel kimi tapdığın addı. Və bu adın içərisində olan obraz da eləhəmin o qoruyucu şinelin içərisində təkcə ətrafındakıları yox, həm də hadisələriyönəldir və göstərir.

Romanboyunca hadisələr elə cərəyan edir ki, oxucu həm iştirakçıya çevrilir, həm dətamaşaçıya. Hətta hərdən mənə elə gəlir ki, kiminsə sakit bir yerdə oturubetdiyi söhbəti dinləyirəm. Bu da romanla baş-başa qalan oxucunun həmin çevrədənçıxıb getməyə, ayrılmağa qoymur. Təsəvvür et ki, mən bu romanın 1-ci hissəsinioxuyub başa vurandan sonra hiss etdim ki, oxu prosesində sol əlimdən bərk-bərktutan obrazlar, hadisələr, xüsusilə əsərin baş qəhrəmanı Göyverən şah əlimiburaxdı. Yəni artıq mən həmin söylədiklərimin əlimi rahat buraxıb düşünməkimkanı qazanan oxucuya çevrildi. Və düşündüklərimi də bir neçə gün öz-özlüyümdəələməyə, onun məndə yaratdığı assosiasiyanı sözə çevirməyə çalıdım...

Bəli, həminbu prosesdə ağlıma ilk gələn nəticə bu oldu ki, sən Azərbaycan oxucusunamaraqla oxuya biləcəyin bir roman bağışlamısan. Və bu romanda sənin öz yazıüslubun elə ilk abzaslardan hiss olunur. Mən az-çox sənin yaradıcılığınla tanışolduğuma görə, bu romanın üzərində adın, soyadın olmasa belə, onun sənə məxsusluğunuşübhəsiz təyin edə bilərdim. Axı sən öz üslubunu heç vaxt yersiz, bayağı, məsələyədəxli olmayan fikirlərlə, sözlərlə görüntüləməyə, təqdim etməyə maraq göstərmirsən.Necə deyərlər, sənin qələmin sənin özünün olduğun, göründüyün, danışdığın kimiifadə edir. Elə bu romanında da həmin söylədiklərim açıq-aydın görünür. Və mənromanı oxuduqca bir yazı-pozu adamı kimi daxili müqayisələr aparırdım. Yəni buromana qədər oxuduğum Çingiz Aytmatovun, Yusif Səmədoğlunun, İsa Muğannanın,Seyran Səxavətin oxucu dünyamıza bəlli olan əsərlərini, onların süjet xəttini,hətta müəyyən hallarda bütünlüyünü gözümün önündə canlandırırdım. Tam səmimideyim ki, adlarını çəkdiyim müəlliflərin əsərlərinin texnologiyasını sizinromana da müəyyən təsirini duydum. Ola bilsin ki, bu bir üslub olaraq görünür.Amma mən özüm-özlüyümdə bir oxucu kimi bu qənaətdəyəm ki, fikrə qoşulmalar, ədəbiməktəblərin təsiri normal bir haldır və bundan da nə qorxmaq, nə də faciə düzəltməyəehtiyac yoxdur.

"Sənin”romanında təsvir olunan ərazi, yəni məkan, təqdim olunan dövlət və onun əhalisibir yazıçı təxəyyülüylə ortaya qoyulsa da, ayıq oxucu müəyyən ştrixlərdən həm məzmunu,həm də mahiyyəti görə bilir. Yəni kimsə bu dövləti, bu ərazini xəritədəaxtarmır. Həmin coğrafi məkan Şərqin müəyyən bir hissəsidir. Və baş verən hadisələrdə təkcə xəyalın məhsulu deyil, həm də səninbir yazıçı kimi ayrı-ayrı istiqamətlərdə apardığın müşahidələrdən çıxarılan nəticəninyekun ifadəsidi. Burada obrazların adlarından tutmuş onların danışıq üslubları,yəni dilləri, dinləri və dövlətçilik mexanizmləri Şərq dövlətlərinin istənilənbirinə aid edilə bilər. Ən maraqlısı mənə görə, romanın adını özündə ifadə edən,hələki arxa planda qalan, qoruyucu şinelin içərisində olan İtbaşı obrazıdı. Mənbu obrazı bir az Bəhlul Danəndəyə, bir az Vəzir Allahverdixana, hardasa bir az Dədə Qorquda bənzətdim. Yəni bu hələ oxucuya özünü göstərməyən, kimliyiniaçıqlamayan obraz, yəni İtbaşı dövlətin idarə olunmasında qiyabi iştirak edir.Amma hadisələrin əvvəlini də görür, sonunu da, bəzən onu yönəldir. Əsər boyudövlətin vergi, maliyyə, hərbi siyasətləri açıqlansa da, onun bir məqamı xüsusiolaraq qabardılır. O da əslində hər şeyin şaha və şahın kölgələrinə qulluğunifadəsidi. Bir az da açıqlasam, dövlət xəzinəsindəntutmuş dövlətin hər bir gəlirli, mənfəətli sahəsi ancaq yuxarı qatın xidmətindədir.Bunun təqdimatı isə xalqdan gələn dəstəklə obrazlı desəm, çiçəkləndirilir. Yənixalq həm iqtidarını sevir, həm ona itaət edir, həm ona dayaq olur, həm də ondançəkdiklərini "belə olmalıdır!” kimi qəbul edir.


Mənromanı oxuduqca siyasi hadisələrə mədəni-kütləvi hadisələrin, dini məqamlarınnecə ustalıqla qarşıdırdığını da gördüm. Hətta sən dinamik şəkildə inkişafetdirdiyin hakimiyyətin idarə olunması üslubunaədəbiyyat, sənət, incəsənət adamlarını da elə hopdurursan ki, bunun məhzbelə cilalanması normal qarşılanır. Həm də romandakı şah obrazının ikili həyattərzi, ikili tərcümeyi-halı və bir də istəyi ilə əməli arasındakı ikilik biroxucu olaraq mənə kifayət qədər inandırıcı gəldi, yəni mən onu qəbul etdim.

ƏzizimMahir Qabiloğlu, mən "İtbaş” romanında sənin istifadə etdiyin bir yardımçı,amma əslində məsələnin mahiyyətini açan üslubunu da çox bəyəndim. Belə ki, lətifələrdən,müdrik kəlamlardan, hədislərdən istifadə edərək oxucuya da, əsərdəki obrazlarada sözün alt qatını həzm etdirirdiniz. Ümumiyyətlə isə mən sənin bu romanınıoxuyanda günümüzlə, həyatımızla, şeirlərimizlə bağlı olan cizgiləri cəsarətlideyilmiş fikirlər kimi görüb, duyub, anladım. Və...

ƏzizimMahir Qabiloğlu, sənə ünvanladığım bu məktubikilikdə edə biləcəyimiz bir müzakirənin ayrı-ayrı nüanslarıdı. Necə deyərlər,səbr edib həmin o müzakirə anını gözləyə bilmədim. Necə deyərlər, romanının mətbəəqoxusu canından çıxmamış mən də bir oxucu olaraq öz canımdan gəlib keçənlərisözə çevirdim və sənə ünvanladım. Son olaraq "İtbaşı”n mübarək! – deyirəm.Davamını gözləyirəm.


TƏQVİM / ARXİV