adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 May 2019 14:38
10094
GÜNDƏM
A- A+

Deputat “Binə” və “Sədərək”in sahiblərini ittiham etdi

"Binə” və "Sədərək” ticarət mərkəzlərində 7-8 min mağaza mövcuddur. Bu şəbəkə təxminən 30 minə yaxın vətəndaşı, işçini əhatə edir”.

Bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputatbildirib ki, bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə məxsusdur.

"Bu ona bənzəyir ki, bina tikilir verilir sakinə, sonra bina sahibi deyir ki, bu binada icarəçi kimi yaşamalısan. Həmin mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb. Lakin əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər.

Onlar yalnız icarə hüququ əsasında orada fəaliyyət göstərməyə malikdirlər. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir”.