adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 May 2019 14:28
18683
SİYASƏT
A- A+

Deputat: “Hesablama Palatası məhdudiyyət qoyulmadan Mərkəzi Bankda...”

"Mərkəzi Bankla bağlı məsələ çox ciddidir. Layihəyə əsasən, Hesablama Palatası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqanının icazəsi ilə Məkəzi Bankda növbədənkənar audit apara bilər. Hesablama Palatasına belə məhdudiyyət qoyulmamalıdır”.

Bunu bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişikliyə münasibət bildirən deputat Qüdrət Həsənquliyev bildirib.

O deyib ki, Hesablama Palatası hər hansı məhdudiyyət qoyulmadan Mərkəzi Bankda yoxlama apara bilməlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə qanunun 12-ci maddəsinə texniki dəyişikliyin nəzərdə tutulduğunu, Q. Həsənquliyevin isə qanunun 58-ci maddəsindən danışdığını bildirib:

"Hazırkı qanun laihəsində 58-ci maddəyə dəyişiklikdən söhbət getmir”.

Qeyd edək ki, çıxışı zamanı Q. Həsənquliyev qanunün müzakirəsi zamanı düyməni bassa da, vaxtında səsverməyə yazıla bilməməsindən şikayətlənib. Spiker Oqtay Əsədov isə millət vəkilini düyməni yaxşı basmasını məsləhət görüb: : "Düyməni düzgün basmamısınız, texnika səhv işləyə bilməz ”.