adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 May 2019 14:19
46977
DÜNYA
A- A+

Nyu-Yorkda seks təriqəti

Amerikadaadamların zorla cinsəl istismara cəlb edildiyi Nxvim adlı bir seks təriqəti ifşa olunub. Nyu-Yorkştatının Olbani şəhərində qurulan təşkilatın saytında yazılır ki, o, insanların hüquq və azadlıqlarını gücləndirmək üçün humanitar prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən bir qurumdur və daha gözəl bir dünya qurmaq üçün ABŞ, Meksika, Kanada və Mərkəzi Amerikada 16 mindən çox insanla çalışırlar. Lakin Təriqət lideri Keith Ranierin istintaqı prosesində üzə çıxan dəhşətli faktlar bütün bunların yalan olduğunu sübut edib.

Keyth Ranierin 58 yaşı var. İstintaqa veridyi ifadəsində o özünü dünyanın ən ağıllı və əxlaqlı insanı kimi təqdim edib və hətta A. Eynşteyn və M. Qandiylə müqayisə edib.

Bəri başdan deyək ki, təriqət üzvləri arsında məşhur ailələrin – Hollivud ulduzlarının, zəngin ailələrin qızları da var. Hətta Meksikanın keçmiş prezidentlərindən birinin oğlu da onun üzvüdür. İndi onların bir çoxu Ranierin cinayətlərinə şahidlik edir.

İstintaq ifadələrindən məlum olub ki, hər ilin avqust ayında Nxivmin başqa ölkələrdə olan üzvüləri də qarışıq hamıNyu-Yorkun Silver Bay bölgəsinə toplaşaraq bir həftə Ranierin ad gününü qeyd edir, ona öz sevgi və sayğılarını nümayiş etdirirdilər. Bu məqsədlə hər kəs 2 min dollar pul ödəyirmiş.

ABŞ Fedetal Təhqiqatlar Bürosunun əməkdaşı Maykl Lever öz ifadəsində deyib ki, "Öndər həftəsi” adlanan bu mərasimdə Ranierin cinsi münasibətə girdiyi 20-yə yaxın qadın daim onun yanında olurdu. Həmin qadınların başqa birisiylə intim münasibətləri qadağan idi. Onlar hətta hər hansı adi məsələ barəsində də kiminlə nəsə danışsa bu barədə öndəri məlumatlandırmalıydılar. Ümumiyyətlə, təşkilatın məramnaməsinə görə onun üzvüləri olan qadınlar kişi həmkarlarından fərqli olaraq yalnız bir nəfərlə intim münasibətə girə bilərdilər.

Qızların bakirəliyinin pozulması isə xüsusi hazırlıqlarla müşayiət olunan bir proses idi. Adı Daniela kimi tanınan bir qız 18 yaşına girməsinə həftələr qalmış gəlin olmaq üçün keçdiyi hazırlıq mərhələlərindən danışıb. Danelanın altı nəfərlik ailəsi təriqət sıralarına qatılmaq üçün Meksikadan Amerikaya gəlmişdi.O öz ifadəsində bunları söyləyir: "Daha öncə heç kimlə cinsi münasibətdə olmamışdım, hətta öpüşməmişdim. Keithi heç bu cür təsəvvür eləmirdim. Əvvəl-əvvəl üstüörtülü şəkildə mənimlə mazaqlaşdığını hiss eləyirdim. Sonra başa düşdüm ki, məni öz gəlini etmək istəyir. Bir müddətdən sonra biz cinsi əlaqəyə girdik.” Amma cinsi əlaqəyə girməmiş onun arıqlaması şərti irəli sürülür və ciddi dietaya oturdulur. Çəkisi Ranierin istədiyi səviyyəyə düşəndən sonra qızıbir ofisə aparır və sekslə məşğul olmağın vaxtı çatdığını bildirir.

Danielanın bacılarından biri də öndərlə cinsi əlaqədə olur və ondan hamilə qalır. Onun digər bacıları isə qrup halında sekslə məşğul olmağa məcbur edilir.


Təriqətin üzvülərindən biri də 42 yaşlı Lauren Salzmandır. O öz ifadəsində bildirib ki, Daniela bir müddətdən sonra kökəldiyi üçün iki il ev dustaqlığına məhkum edilib. "Keith mənə Danielanın arıqlamaq əvəzinə daha da kökəldiyini söylədi və ona nəzarət eləməyi tapşırdı”. Bundan sonra Salzman ona eyni evdə qaldığı ailəsiylə də görüşməyi qadağan edir və qaydalara əməl etməyəcəyi təqdirdə geriyə, Meksikaya qaytarılacağı ilə hədələyir.Bir müddətdən sonra bir daha ailəsiylə görüşmək imkanının olmayacağına baxmayaraq, Daniela Mekskaya qayıtmağı qərara alır.

Nxivmin içində DOS adlı başqa bir gizli təşkilat da qurulmuşdu. Piramida üsuluyla qurulmuş təşkilatın başında tək Ranier dururdu. Ondan aşağıda onun kölələri, onlardan aşağıda kölələrin öz kölələri və s. Son olaraq hamının əsas vəzifəsi Ranierə xidmət etmək idi. Təşkilat əsasən kişilərdən ibarət idi. Qadınların ora üzv olması xeyli mürəkkəb proses idi. Bundan ötrü onlar birinci növbədə ağalarına hansısa vacib və gizli bir məlumat verməliydilər. Əsasən, özləri və ailə üzvülərinin cinsi münasibətləri barədə çəkilmiş foto və ya video materiallar təqdim etməliydilər. Bu təşkilat və onun sirlərini yayacaqları, öz vəzifələrinin icrasından imtina edəcəkləri halda onları şantaj etmək üçün idi. Qadınların əsas vəzivələrinə isə kişilərə qulluq, onların otaqlarını təmizləmək, cinsi əlaqəyə girəcəkləri qızlarıbuna hazırlamaqdan ibarət idi.

"Hazırlıq” çox çətin proses idi. Çünki Ranierin qadınlarla bağlı öz standartları var idi. O həddindən artıq arıq qadınları xoşlayırdı ki, çox vaxt gözü düşən qızları həmin həddə qədər arıqlatmaq problem yaradırdı.

Məhkəmə materiallarındanaydın olur ki, Ranierin ad və soyadının baş hərfləri damğa kimi əlaqədə olduğu qızları bədəninə basılırdı. Qrupa yeni üzv olan qızlara damğa basılarkən videoya alınırdı. Həmin vaxt qadınlar tam çılpaq olmalıydılar.

Ranierin vəkili Mark Agnifilo isə qadınların buna könüllü şəkildə razı olduqlarını deyib. "Bunu sübut eləmək üçün, sadəcə, videogürüntüləri izləmək lazımdır” – deyə o, New York Timesa bildirib.

Ranier Mekskadakı evində piramidanın yuxarı pillələrində qərar tutmuş kölələrlə bir toplantı keçirdiyi vaxt həbs edilib. Meksika polisi evə basqın edərkən Ranierin sadiq dostu Salzman özünü ona sipər edərək öz ağasını qorumağa cəhd edib.

"Ranierlə on ildir bir yerdəyəm –deyə Salzman bildirib. – Ənböyük arzum ondan bir uşaq doğmaq idi. Mən hər şeyi bir kənara ataraq eşqi seçmişdim. Keith bizə belə öyrətmişdi”.

Salzman Smalville serialaının artisti Alison Mackla birlikdə ən yüksək pillədəki 7 kölədən ikisiydi. Meksikadakı mərasimdə önlar Ranierə öz bağlılıqlarını yeniləməliydilər. Bundan ötrü mərasimə qatılan kölələr birlikdə onunla oral sekslə məşğul olmalıydılar. Lakin seks törəni başlamamışdan bir qədər əvvəl təhlükəsizlik qüvvələri evi mühasirəyə alır. Salzmanın qızı Lauren Salzman deyib ki, mən bu vaxt Ranierin nə qədər qorxaq olduğunu gördüm. Biz onu tamam başqa cür təsəvvür edirdik.

P.S. Lap Adnan Oktay əhvalatının xatırladır. Hərçənd, kimin kimdən "bəhrələndiyi” haqqında dəqiq bir söz demək çətindir.

Adalet.az