adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 May 2019 12:34
23519
KRİMİNAL
A- A+

Bakıda qadını hədələyib 10 min manatını alan şəxs tutuldu

Bakı şəhərində qadını hədələyib pul almaq istəyən şəxs cinayət başında yaxalanıb.

DİN-in Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10.000 manat pul alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.