adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 May 2019 12:32
20629
SİYASƏT
A- A+

Qüdrət Həsənquliyev Ombudsmanı tənqid etdi

"İndiyə qədər Ombudsmanın təklifi ilə Milli Məclisdə hansısa qanunun qəbul edildiyini xatırlamıram”.

Bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev bildirib ki, Ombudsmanın təklifini öncə Ali Məhkəməyə təqdim etməsi, Ali Məhkəmə məqbul sayarsa, qanunvericilik təşəbbüsü ilə çıxış edərək Milli Məclisə layihə təqdim etməsi məqbul olardı:

"Bununla bağlı qanunvericiliyə dəyişiklik edilsə, daha yaxşı olardı”.

Spiker Oqtay Əsədov isə qanunun birinci oxunuşda müzakirəyə çıxarıldığını və təkliflərin növbəti oxunuşlar zamanı verilə biləcəyini xatırladıb.