adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 May 2019 12:20
18909
SİYASƏT
A- A+

İlham Əliyev həmsədrləri qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Adalet.az bildirir ki, bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.