hacklink Adalet.az | AvroLiqanın finalına görə Bakıya 20 minə yaxın turist gəlmişdi - İqtisadçı Adalet.az | AvroLiqanın finalına görə Bakıya 20 minə yaxın turist gəlmişdi - İqtisadçı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

AvroLiqanın finalına görə Bakıya 20 minə yaxın turist gəlmişdi - İqtisadçı

24007    |   2019-05-30 12:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu günə qədər Azərbaycanda təşkil olunan yarışlarla müqayisədə futbol üzrə Avropa Liqası finalının Bakıda keçirilməsi idman tədbirləri arasında ən doğru və məntiqli qərar oldu”.

Bunu mətbuata açıqlamasında ReAl partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli bildirib.

O deyib ki, finalın Azərbaycanda keçirilməsi həm ölkənin tanıtımı, həm də iqtisadi cəhətdən uğurludur:

"Çünki finalın keçirilməsi üçün büdcə xərcləmələrinə, əlavə məsrəflərə ehtiyc olmadı. Bir günlük tədbirlə bağlı Azərbaycanda 2-3 gün turist olur ki, bu da infrasturkturla bağlı əlavə narahatlıq yaratmır”.

İqtisadçı finalla bağlı ölkəyə 20 minə yaxın turistin gəldiyini qeyd edib:

"Gürcüstan üzərindən qatar, avtomobil və avtobusla gələnlərin sayı bilinmir. Təyyarə ilə gələnlərin sayı 12 min olub. Ümumilikdə final yarışını izləmək üçün Bakını 20 minə yaxın turistin ziyarət etdiyi bildirilir. Hər bir turistin otellərdə, restoranlarda, kafelərdə ortalama 500-600 dollar xərclədiyini nəzərə alsaq, iqtisadiyyat üçün kifayət qədər gəlirlidir. Bu baxımdan bu cür idman yarışlarının keçirilməsi, digər yarışlarla müqayisədə daha cəlbedici və gəlirli hesab edilir. Ümumiyyətlə, futbol dünyada ən çox izlənilən idman növüdür, dünya əhalisinin 40%-i futbolla maraqlanır, oyunları izləyirlər. Futbol həm də böyük iqtisadiyyat yaradan amildir, dünya futbol "iqtisadiyyatının” dəyəri 500 mlrd. dollardan çoxdur”.

N.Cəfərli Bakının dünyanın ən təhlükəsiz şəhərlərindən olduğunu vurğulayıb:

"Bu baxımdan Azərbaycanda keçirilən tədbirlərdə ciddi problemlərin olması gözlənilmir”.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO