adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 May 2019 12:14
8770
GÜNDƏM
A- A+

Mətbuat Şurasına daxil olan şikayətlərin 30 faizi təhsillə bağlıdır

"Mətbuat Şurasına il ərzində 600-700 şikayət daxil olur. Bu şikayətlərin minimum 30 faizi məhz təhsil sahəsi ilə bağlıdır".

Bunu deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin KİV nümayədələri üçün keçirdiyi təlimdə deyib.

O bildirib ki, bir çox hallarda şikayət verən tərəf haqlı olur:

"Bəzi saytlar var ki, biz onları reket kimi qara siyahıya salmışıq. Onlar məktəb və müəllimlər haqqında həqiqətdən uzaq informasiyalar yayırlar. Düzdür, həqiqəti yazanlar da olur”.

Əflatun Amaşovun sözlərinə görə, bəzən təsəvvür yaradırlar ki, Azərbaycan müəllimlər savadsızdır, məktəblərdə rüşvət tüğyan edir".

"Təəssüflər olsun ki, belə yazan saytların da sayı çoxdur. Bəzi həmkarlarımız düşünür ki, məktəb təhsillə yanaşı tərbiyə də etməlidir. Adətən tərbiyə məsələsi ailədə olur. Düzdür, müəllimlərin ədalətsizlikləri onların gələcəyinə müəyyən dərəcədə mənfi təsir edir. Amma hər şeyi məktəbin üzərinə atmaq olmaz".