adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 May 2019 11:27
24520
İQTİSADİYYAT
A- A+

Bu il Azərbaycanın təbii qaz istehsalı 20 faiz artacaq - Rövnəq Abdullayev

Cari ildə Azərbaycanın təbii qaz hasilatı 20 faiz artacaq.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən 26-cı Beynəlxalq "Xəzər Neft və Qaz” konfransında deyib.

O qeyd edib ki, ötən il ölkədə təbii qaz istehsalının artması nəticəsində idxal tamamilə dayandırılıb. Bu il isə qaz hasilatında 20 faiz artım gözlənilir.