adalet.az header logo
  • Bakı 13°C
30 May 2019 11:20
17234
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: Ya da

Gözlərim qarışdırıb
Sən çiçəksən , ya da gül...
Kömək et, anışdırım -
Ya pıçılda, ya da gül.

Saçlarını öpürəm,
Öpə - öpə hörürəm...
Mən səni də görürəm -
Hər düşəndə yada , gül!

İçimdəki nur səsdi
Dodaqlarından əsdi!
Mənə güldüyün bəsdi,
Bir dəfə də yada gül!

Əbülfətəm, nağılam
Ruh, ürək və ağılam...
Bu qədər ki, yaxınam -
Kaş, sinəmdə yata gül!