adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 May 2019 11:17
9342
HADİSƏ
A- A+

Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ açıqlanıb

Azərbaycanda 1 yaşadək olan uşaqların sayı açıqlanıb.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ildə Azərbaycanda 1 yaşadək 1547 uşaq dünyasını dəyişib. 2017-cı ildə ölkədə 1700, 2016-cı ildə 1666 uşaq, 2015-ci ildə isə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.

1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1001 (2017-ci ildə 1028, 2016-cı ildə 1090 uşaq) körpə dünyasını dəyişib.

Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur. Bu səbəbdən ötən il 140 (2017-ci ildə 235, 2016-cı ildə 173 körpə) uşaq ölüb.