ANALARIMIZ QOYUN YOX, OğULLARINI QURBAN KƏSDiLƏR!

AQİL ABBAS
27822 | 2009-11-27 00:35
Bu gün Qurban bayramıdı. Əziz, müqəddəs günlərdən biridi. Tarixin hansı günündəsə həzrəti İbrahim oğlu İsmayılı Tanrıya qurban kəsmək istəyirdi. Tanrı isə həzrəti İbrahimin Ona bu sevgisini yüksək qiymətləndirib və peyğəmbəri İsmayılı qurban kəsməyə qoymayıb. Və mələkləri ilə ona bir qoyun göndərib. Və peyğəmbər də Tanrının sözünü yerə salmayacaqdı ki?! Ona görə də oğlunu yox, həmin qoyunu qurban kəsib. Beləliklə, həmin gün Qurban bayramı kimi tarixiləşib.
   
   Dini kitablarda və hədislərdə bunun bir neçə ehtimalı var.
   
   Birincisi. Həzrəti İbrahim ahıl çağında Tanrıya yalvarıb ki, ona bir oğul versin, Tanrı onu eşidərsə, həmin oğulu da Ona qurban kəsəcək.
   
   Özünü peyğəmbər adlandıran və ya Tanrının özünə peyğəmbər seçdiyi bir şəxsin niyə belə bir böyük günah işlətmək istəməsini, günahsız bir uşağı vəhşicəsinə yerə yıxıb boğazını kəsmək istəməsini - "Tarixi-Nadir"i iki dəfə, Yunis Oğuzun "Nadir şah" əsərini bir dəfə axıracan diqqətlə oxusam da, bunu başa düşə bilmədim.
   
   Axı Tanrı həzrəti İbrahimi insanları haqq yola döndərməyə, ədalətli, mərhəmətli olmağa çağırmaq üçün göndərmişdi, insan başı kəsməyə yox!
   
   
   
   ÖZ BALASININ BAŞINI
   
   KƏSMƏK İSTƏYƏN
   
   
   
   bir şəxs insanlara necə örnək ola bilərdi, insanları necə mərhəmətli olmağa çağıra bilərdi?!
   
   Başqa bir ehtimala görə, Tanrı öz peyğəmbərini sınağa çəkmək istəyib. Buna da inanmıram. Yaratdıqlarının, eləcə də peyğəmbərinin ürəyindən keçənləri Ona sədaqətini və sevgisini çox gözəl bildiyi halda buna nə lüzum? Bir də ki, Tanrı peyğəmbər Əyyubu sınağa çəkmişdi, bəs deyildimi?!
   
   Tanrı peyğəmbərlərini özü seçirdi. Onun Kadrlar İdarəsinin rəisi və ya kadrlar üzrə məsləhətçisi yox idi ki, layiq olmayan kimdənsə rüşvət alıb Tanrıya sırıyaydı. Və təbii ki, Tanrı kimi seçdiyini çox gözəl bilirdi və seçdiklərinin bütün əməllərindən də xəbərdar idi.
   
   Və bəlkə də çox gözəl bilirdi ki, həzrəti İbrahim oğlunu qurban kəsməyəcək və ona görə də peyğəmbərini sındırmamaq üçün ona qoyun göndərdi.
   
   Başqa bir qorxulu ehtimal da var. 70 yaşlı peyğəmbər Tanrısını sınağa çəkməyə cəsarət eləyib. Öyrənmək istəyib ki, doğrudanmı Tanrı var və həmin Tanrı onu sevir. Tanrı da peyğəmbərini inandırmaq üçün onun xahişini qəbul edib. Amma Tanrı Əyyub peyğəmbərin çəkdiklərini həzrəti İbrahimin çəkməsini istəməyib, həm də gün üzü İsmayıla qıymayıb. Tanrı mərhəmətlidir və bağışlayandır.
   
   
   
   ƏSLİNDƏ İSƏ TANRININ
   
   
   
   həzrəti İbrahimi İsmayılı qurban kəsməyə qoymamasının daha böyük bir səbəbi, daha böyük bir özəlliyi var.
   
   İnsanlar onları yaradan Tanrını tanımayıb, özlərinin yaratdıqları "tanrılara" tapınanda bəşər övladını öz "tanrılarına" qurban kəsirdilər. Hələ də Afrikada belə Tanrısız qəbilələr yaşamaqdadır. Yüce Tanrı bu vəhşətin qarşısını almaq, yaratdıqlarını bundan çəkindirmək üçün həzrəti İbrahimi İsmayılı qurban kəsməyə qoymadı. Bununla da bəşər övladının yalançı "tanrılara" qurban kəsilməsinin qarşısını aldı.
   
   Kim bilir, bəlkə də Tanrının həzrəti İbrahimin bir peyğəmbər kimi üzərinə qoyduğu bir müqəddəs missiya da elə budu. Həzrəti İbrahim də bu missiyanı ləyaqətlə yerinə yetirib. Və həmin gündən sonra insanlar bu vəhşilikdən əl çəkdilər və yaratdıqları "tanrılarına" daha bəşər övladını deyil, onları yaradan Tanrıya heyvan qurban dedilər.
   
   Mən bu kiçicik yazımda heç də Qurban bayramını araşdırmağı qarşıma məqsəd qoymamışam. Fikrim başqadı. Sadəcə olaraq yazmaq istədiklərimin, demək istədiklərimin həzrəti İbrahimin oğlu İsmayılın əvəzinə qoyun qurban kəsməsi ilə əlaqəsi var. "Dolu" romanımda da bu məsələyə xüsusi diqqət çəkmişəm. Bəlkə bununla günaha batıram. Eybi yox, dünyada o qədər günahım var, bu da olsun min birinci.
   
   
   
   BU GÜN QURBAN
   
   BAYRAMIDI
   
   
   
   Mən də çörəyimi özüm qazanan gündən qurban kəsirəm. Özü də təkcə Qurban bayramı günlərində yox, ara günlərdə də. Ona görə yox ki, Tanrı günahlarımdan keçsin.
   
   Qurban kəsməklə, Həccə getməklə günahlar bağışlansaydı Cənnətlə yaşadığımız dünyanın nə fərqi olardı ki!
   
   Hər imkanı olan müsəlmanın (dəxli yoxdur, olsun yəhudi, xristian, bütpərəst) qurban kəsməsi də Tanrıya xoş gedər. Əməllərimizlə Tanrını həmişə məyus edirik, heç olmasa ildə bircə dəfə ürəyini açaq.
   
   Yeri gəlmişkən. Qardaş Türkiyədə çox gözəl bir ənənə yaranıb. İnsanların böyük bir əksəriyyəti dedikləri qurbanı kəsmirlər. Həmin qurbanın pulunu Mehmetcik vaqflarına, Şəhid və Qazi vaqflarına, Türk millətinin onuru və şərəfi olan Türk Silahlı Qüvvələrinə bağışlayırlar. Hələ bundan başqa kəsilən qurbanların dərisi də TSK-ya bağışlanılır.
   
   Bəlkə biz də bunu türk qardaşlarımızdan öyrənək! İnanıram ki, bu elə belə də olacaq!
   
   Bu gün Qurban bayramıdı. Həzrəti İbrahim oğlu İsmayılı Tanrıya qurban verdi, Tanrı da onun bu sədaqətini qiymətləndirdi və peyğəmbəri mükafatlandırdı: həm İsmayılı qurban kəsməyə qoymadı, həm də qurbanlıq üçün ona qoyun göndərdi, həm də həzrəti İbrahimi peyğəmbərlik ucalığına qaldırdı, adını tarixiləşdirdi, həmin günü də bütün dünyaya bayram günü elan elədi. Tanrı adildir, mərhəmətlidir, bağışlayandır və mükafatlandırandır.
   
   Bəs, bizim üzərlərində göz yaşlarından başqa heç nəyi olmayan Şəhid Analarımız?!
   
   
   
   ONLAR Kİ TANRI
   
   YOLUNDA
   
   qoyun qurban demədilər və qoyun qurban kəsmədilər! Onlar Tanrı yolunda öz canlarından da çox sevdikləri oğullarını qurban dedilər və oğullarını qurban verdilər! Özü də "uf" demədən. Tanrıdan qoyun göndəriləcəyini gözləmədən!
   
   Öz əlləri ilə geyindirib-gecindirdilər, bağırlarına basıb sonuncu dəfə alınlarından öpdülər və Tanrıya qurban göndərdilər...
   
   ... Tanrı elə Vətən deməkdir. Vətən də elə Tanrı deməkdir. Vətən yoxdursa, Tanrı kimə lazımdı?!
   
   ... Bu oğullar da gözlərini qırpmadan, ölümün gözünün içinə şax baxa-baxa, gülə-gülə Tanrıya qurban getdilər! Özü də elə-belə oğullar yox ey!
   
   Allahverdi Bağırov, Vəzir Hacıyev, Çingiz Mustafayev, İsmət Qayıbov, Məhəmməd Əsədov, Alı Mustafayev, Fred Asif, Fəxrəddin Qəmbərov, Salatın Əsgərova, Gültəkin Əsgərova, Etimad İsmayılov, ilk hərbi təyyarəçimiz Vaqif Qurbanov, Fazil Mehdiyev, General Ərşad, Kamil Sabitov, Canpolad Rzayev... VƏ 25 MİN BELƏ O

TƏQVİM / ARXİV