adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 May 2019 17:59
18570
SİYASƏT
A- A+

Həmsədrlər sabah Bakıda görüşəcəklər

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər çərçivəsində sabah Bakıda olacaqlar.

Həmsədrlər Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 27-də Ermənistana səfər ediblər.

Bu gün onlar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində olublar. (ONA)