adalet.az header logo
  • Bakı 18°C
29 May 2019 17:17
7842
MƏMLƏKƏT
A- A+

Bakıda polis xarici vətəndaşın sənədlər olan cüzdanını taparaq qaytarıb

Bakıda polis xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdanı taparaq sahibinə qaytarıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov ərazidə xidmət apararkən xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdan tapıb. Dərhal həmin cüzdanın sahibinin tapılması üçün tədbirlərə başlanılıb.

Qısa müddətdə həmin xarici vətəndaş polis əməkdaşları tərəfindən tapılıb və cüzdanı ona təqdim olunub.

Ölkəmizə turist kimi gəlmiş həmin şəxs belə operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.