adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 May 2019 16:41
22120
SİYASƏT
A- A+

Səməd Seyidov Poznerə şeirlə cavab verdi: “Ruhunu Şeytana satdı”

Bu günlərdə rusiyalı telejurnalist Vladimir Pozner erməni KİV-lərinə müsahibsində deyib ki, Dağlıq Qarabağa getmək istərdi.

Bundan əlavə, Pozner ermənilərə böyük simpatiya ilə yanaşdığını, onları "çox ağıllı” hesab etdiyini deyib. "Azərbaycanlılar bilməlidir ki, mənim qəlbim ermənilərlədir”, -o bildirib.

 Poznerin bu fikirlərinə Azərbaycandan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov cavab verib - özü də şeirlə.

Deputat rus dilində yazdığı şeiri virtualaz.org-un redaksiyasına göndərib. Onun şeirinin hərfi tərcüməsini oxuculara çatdırırıq:

Azərbaycanlılar başa düşməlidir ki

Pozner çoxdan vurulub

Və qəlbi ermənilərə verilib

Və özü onların qabağında əyilib

Daha nə etmək olar ki, başa düşürük

O, seçimini edib, artıq gizli deyil

Fikirlərini gizlətmədən, oynatmadan

O, qəlbini bizə açmağı qərara alıb

Budur, mən də həmin şeyi edirəm

Seçimimdə qətiyəm, gizlətmirəm

Deyirəm ki, Poznerin işi deyil

Torpağın kimin olduğu haqda hökm versin!

Holokost həqiqətləri kimi bilərək

Qarabağa səyahət arzu etmək

Haradaki Xocalı yanaraq

Haraya və külə çevrildi.