adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 May 2019 15:16
20754
MARAQLI
A- A+

Qopan liftdən sağ çıxmağın bir çox yolu olduğu iddia edilir. Tam lift yerə çırpılacaqkən tullanmaq, kənarlardan bərk-bərk tutmaq, yerə uzanmaq və başqa nə fikirlər. Bəs bu məqamda sağ qalmaq üçün həqiqət nə etmək lazımdır?

Adalet.az bu cür hallarda necə davranmalı olduğumuzu diqqətinizə çatdırır.

Lift qəzalarının bir çoxu lift kəndirinin qopması nəticəsində baş verir. Yerə çırpılma anında insanın dabanı da yerə çırpılar və o da zərər çəkər. Bu məqamda əmələ gələn şiddət nəticəsində sümüklərə təsir etməsə də daxili orqanlar böyük ehtimal zərər görəcəkdir.


Bəs yumuşaq toxumalı orqanların zərər görməməsi üçün nə etmək lazımdır?

Skelet sistemində sümüklərin içində qorunan yumuşaq toxumalı orqanların belə qəza zamanı düşmə şiddətindən sonra xəsarət almağının qarşısını almaq üçün ən vacib məsələ dayanma pozasını doğru seçməkdir.

Bunun ən doğru variantı nə ayaq üstə dayanmaq, nə də yerə çırpılmadan əvvəl tullanmaqdır. Ən düzgün variant mümkün olduğu qədər qısılıb yerə uzanmaqdır. Yəni çalışmalısınız ki, az yer tutasınız.


Bunu edərkən diqqət etməli olduğumuz detallar da mövcuddur. Əllərinizlə başınızı, qollarınızla isə bədəninizi dəstəkləyəcək qədər yığışmalısınız. Bu duruş xəsarət alma ehtimalınızı minimum endirəcək.