adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 May 2019 14:58
23389
MARAQLI
A- A+

Toyuq dönərilə bağlı xəbərdarlıq!

Qida mühəndisləri xəbərdarlıq edir!

Yay aylarından havanın temperaturunun artması açıq havada satılan toyuq dönəri kimi qidalara mənfi təsir göstərir və bu, insan sağlamlığına ciddi təhlükədir.

Açıq havada qida satışı 4 fəsildə də təhlükəlidir, amma yay aylarında bu təhlükə daha da artır. Ət və süd məhsulların yay aylarında daha tez xarab olduğu bildirilir.

Xüsusilə toyuq istehsal şərtlərinə də bağlı olaraq tez xarab olan qidadır. Bunun səbəbi isə istə və nəm havadır. Çünki yay aylarında mikroorqanizmlərin üzə çıxması, artması üçün daha münbit şərait yaranır.

Qidaların aşağı temperaturda saxlanılıb xarab olmamasına zəmin yaratmaq və qidaların ömrünü uzatmaq mümkündür.

Bir çox yerdə toyuq dönəri çirkli havayla təmasa halında satılır. Bundan əlavə bir də yüksək temperatur olduqda ətdəki xarab olma riski qaçılmaz olur.

Ona görə də yay ayların belə qidaları qəbul edərkəın diqqətli olun!