SAAKAŞVİLİNİN VƏTƏNDAŞLIĞI NİYƏ BƏRPA OLUNDU?
Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk yeni prezident Vladimir Zelenskinin Gürcüstanın eks prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə yenidən vətəndaşlıq verməsi məsələsinə aydınlıq gətirib: «Bu dövlət tərəfindən ədalətə və dəyərlərə verilən qiymətin cavabıdı».
Kravçukun sözlərinə görə, Saakaşvili çətin ki, dövlət vəzifəsi alacaq. Onun fikrincə, o, öz ölkəsində, öz vətənində işləməlidi.
Saakaşvili Ukrayna siyasətinə 2015-ci ilin yazında, keçmiş prezident Pyotr Poroşenkonun onu Odessa vilayətinə qubernator təyinatından sonra başlayıb. Lakin 2016-cı ilin noyabrında Poroşenko Saakaşvilini regionun inkişafını təmin edəcəyi vədlərinə baxmayaraq, əslində iqtisadi göstəriciləri daha da pis vəziyyətə gətirdiyinə görə vəzifəsindən azad etmişdi. 2017-ci ildə isə Gürcüstanın eks prezidentini Ukrayna vətəndaşlığından məhrum etməklə ona 2021-ci ilə qədər ölkəyə girişinə qadağa qoymuşdu.