adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 May 2019 14:18
11193
GÜNDƏM
A- A+

OLMASAYDI BİZİM KİMİ MAYMAQLAR , AC QALARDI İNGİLİSLƏR, AVROPALILAR

Dəfələrlə yazmışam və yenə yazıram, var-dövlətinizi itə-qurda etibar eləməyin, dosta etibar edin. Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin özü gündəmdən çıxsa da, xanımı Zamirə Hacıyeva heç gündəmdən düşmür. Dünən də qəzetələrdə oxudum ki, bu xanım təkcə «Sendviç» barında 500 min dollardan artıq hesab verib. Və bir də oxudum ki, bir mağazada da 1 milyon dollarlıq uşaq oyuncaqlarına pul xərcləyib.

Londonda 16 milyon dollarlıq villa, nə bilim neçə milyon dollarlıq ofis, neçə milyon dollarlıq təyyarə… rəqəmlər o qədər böyükdür ki, yadda saxlamaq olmur. İndi də hamısına əl qoyublar, müsadirə edəcəklər. Özünü də bir ara həbs elədilər, 500 min funt-sterlinq girov qoyub həbsxanadan çıxdı.

Bu ingilislər və avropalılar yaxşı maymaqlar tapıb. O villalaları, o ofisləri, təyyarəni yüz milyondan çox pul verib alanda niyə soruşmurdular bu pullar hardandı? Deyirdilər qoy xərcləsin, onsuz da sonda müsadirə edəcəyik, bizə qalacaq. Necə ki edirlər. Eləcə də hətta İsveçrə bankında belə pullara əl qoyurlar.

Bu milyonlar, bu yüz milyonlar bizim dövlətindi, bizim millətindi. Aparıb itə-qurda, avropalılara etibar edirsiniz. Bunu öz dövlətimizə, öz millətimizə etibar edin ki, bir zibili çıxanda da qoy xalqımız bundan faydalansın.