adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 May 2019 12:01
27097
DÜNYA
A- A+

ABŞ Iran üçün 4 trilyonundan keçəcəkmi?

İranla ABŞ arasındakı nüvə gərginliyi sonrası çıxa biləcək müharibənin maddi xərcləri hesablandı. ABŞ və Rusiyanın hərbi qaynaqlarına görə ABŞ-ın İrandakı müharibəni qazanmağı üçün təxminən 4 trilyon dollar xərcləməyi və 300 mindən çox əsgərdən istifadə etməyi lazımdır.

ABŞ İraq işğalı ərəfəsində 150 min əsgərdən istifadə etmiş, yanında on minlərlə əsgər müttəfiq ölkələrdən dəstək olaraq gəlmişdi. İraq işğalı ABŞ-a 800 milyard ziyan vermişdi.

2001-də Əfqanıstandakı müharibənin ABŞ-a ziyanı 841 milyard dollar olmuşduş. ABŞ-ın 2001-2018-ci illər arası "terrorla mübarizə”yə ayırdığı məbləğ isə 1,6 trilyon dollardır.


Vaşinqtonun "İrandan qaynaqlanan təhdidlər” səbəbilə bölgəyə döyüş gəmiləri və qırıcılarını göndərməsindən sonra BƏƏ fərqli ölkələrin bayraqlarını daşıyan neft tankerlərinə hücum təşkil etdiyini açıqladı.



Redaksiyadan: Amma ABŞ unudur ki, İran nə İraqdı, nə də Suriya. 4 trilyon dolları batacaq.