adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 May 2019 10:15
27590
DÜNYA
A- A+

Bu ölkədə uşaqları döymək qadağan ediləcək

Cənubi Koreyada uşaqlara fiziki cəzanın tətbiq olunması qadağan ediləcək.

Adalet.az-ın məlumatına görə, təkliflə ölkənin Səhiyyə və Sosial Təminat Nazirliyi çıxış edib.

Qeyd olunur ki, qanunvericiliyə dəyişikliklər valideynlərin uşaqlara güc tətbiq edərək cəzalandırmasını tamamilə qadağan edəcək.

Statistikaya əsasən, Cənubi Koreyada hər gün 67 uşaq valideynləri tərəfindən zorakılığa məruz qalır. 2018-ci ildə valideyn zorakılığı 30 uşağın ölümünə səbəb olub.