adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 May 2019 10:05
33194
İDMAN
A- A+

“Yuventus” və PSJ-nin prezidentləri finala görə Bakıya gəldilər

"Yuventus"un prezidenti Andrea Anelli Avropa Liqasının finalını Bakı Olimpiya Stadionunu izləyəcək.

Adalet.az Qol.az-a istinadən xəbər verir ki, onlar "Çelsi" və "Arsenal" arasındakı finalın VİP-qonaqları arasında olacaq.

İtaliya mətbuatı iddia edib ki, klub rəhbərinin Bakıya səfərinin məqsədi "Çelsi"nin baş məşqçisi Maurisio Sarri ilə görüşməkdir. İddia olunur ki, 60 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək istəyən Anelli onunla əyani olaraq görüşəcək. Final oyununun Sarrinin London klubunda son matçı olacağı vurğulanır.

A.Anelli ilə yanaşı, PSJ-nin prezidenti Nasser-El Xelafi də Bakıda olacaq. O, paytaxtımızda bu gün keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasındə iştirak edəcək.El-Xelafinin final oyununu da izləyəcəyi gözlənilir.

Qeyd edək ki, həlledici matç bu gün yerli vaxtla saat 23:00-da başlayacaq.