adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 May 2019 09:16
30442
İDMAN
A- A+

Bu gün Bakıda ingilis finalı keçirilir

Bu gün Bakıda UEFA Avropa Liqasında final oyunu keçiriləcək.

Adalet.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda qitənin ikinci dərəcəli klub turnirinin finalı ingilis komandalarının dueli olacaq.
Belə ki, həlledici qarşılaşmada "Çelsi" və "Arsenal" üz-üzə gələcəklər.

"Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunun baş hakimi Canluka Rokkidir (İtaliya).


Qeyd edək ki, Premyer Liqanı 3-cü pillədə bitirirək, Çempionlar Liqasına vəsiqəni təmsil edən "Çelsi" mövsümü titulla başa vurmaq istəyir."Arsenal" üçün isə Avroliqanın qalibi olmaq ikiqat önəm daşıyır. Çünki "topçular" yalnız bu halda növbəti mövsüm Çempionlar Liqasında çıxış edə bilərlər.