adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 May 2019 09:08
12805
ƏDƏBİYYAT
A- A+

Şərif Ağayar: “Xalq öz ədəbiyyatı ilə böyükdür”

Bu günlərdə Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi "Ədəbiyyat adamı” və Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə” ödüllərini almış yazıçı Şərif Ağayar mayın 24-də Xəzər Universitetində "Yaradıcı yazı” fənninin qonağı oldu. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının giriş sözü və tələbə Səkinə Ələkbərlinin tanınmış yazar haqqında təqdimatından sonra açıq dərsin iştirakçıları Şərif Ağayarın "Nəsrin əsas qaydaları və nəsrdə təhkiyə üslubunun seçilməsi” mövzusunda mühazirəsini dinlədilər. "Hər bir xalq öz

ədəbiyyatı ilə böyükdür” deyən Ş.Ağayar, həmçinin, "Arzulardan sonrakı şəhər” romanı əsasında öz yaradıcılıq laboratoriyasından danışdı, "Yaradıcı yazı”çıları yeni ədəbiyyat yaratmağa çağırdı. O, tələbələrdən Fəridə Həsənli, Sadiq Mirzəyev, Suqra Əliyeva, Nərmin Ələkbərova və görüşdə iştirak edən "Xəzər”li tələbə Aytac Həsənova ilə dialoq quraraq, onların mülahizələrini dinlədi, verilən sualları cavablandırdı.