deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | "Mxitaryan söhbətinə görə "Çelsi"yə azarkeşlik edəcəm" – Əfran İsmayılov Adalet.az | "Mxitaryan söhbətinə görə "Çelsi"yə azarkeşlik edəcəm" – Əfran İsmayılov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Mxitaryan söhbətinə görə "Çelsi"yə azarkeşlik edəcəm" – Əfran İsmayılov

20360    |   2019-05-28 14:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Sumqayıt"ın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.az-a müsahibə verib. Komandada qalıb-qalmayacağı ilə bağlı danışan futbolçu milliyə dəvət almaması məsələsinə və sabah Bakıda keçiriləcək Avropa Liqasının final oyununa da toxunub.

- Mövsümün sonunda "Sumqayıt"la müqavilən başa çatdı. Gələcəyinlə bağlı qərar vermisən?

- "Sumqayıt"la məsələm açıq qalır. Klubdan bildiriblər ki, sponsorlarla hələ görüş olmayıb. Avroliqanın finalına görə baş qarışıqdır. Gələn həftənin ortası rəhbərliklə görüşəcəyik. Ondan sonra qərarlar bilinəcək. Hazırda istirahət edirəm. Hələ gözləyirəm. Görək, "Sumqayıt"dan nə deyirlər. Alınacaq, lap yaxşı. Alınmasa da, futboldur.

- Başqa təkliflərin var?

- Var, amma açıqlamaq istəmirəm. "Sumqayıt”ın qərarını gözləyirəm. Burada baş məşqçi amili də var. Onunla da məsləhətləşdikdənsonra qərarımı verəcəyəm.

- "Qarabağ”a qayıdacağınla bağlı xəbərlər dolaşır...

- Bu söhbəti haradan çıxarıblar, bilmirəm. Belə bir şey yoxdur.

- "Sumqayıt”da pis təsir bağışlamasan da, milliyə dəvət almadın. Bu barədə nə deyə bilərsən?

- Həmişə demişəm ki, millidə oynamağa hazıram. Çağıracaqlar, gedəcəyəm, çağırmayacaqlar, getməyəcəyəm. Baş məşqçidən asılı olan bir şeydir. Qərara hörmətlə yanaşmaq lazımdır. Yəqin ki, layiq olanları çağırıblar.

- Milli komandamız gələn ay Avro-2020-nin seçmə mərhələsində Bakıda 2 oyun keçirəcək. Əvvəlcə Macarıstan, ardınca isə Slovakiya ilə oynayacaqlar. Şansları necə qiymətləndirirsən?

- Əlbəttə, hər ikisi çətin oyundur. Mümkün qədər xal qazanmalıyıq. Çünki bunu edə bilməsək, daha böyük çətinliklə üzləşəcəyik. Səfərdə bizə daha ağır olacaq. Şanslarımızı sıfıra endirə bilərik.

- Sabah Bakı Olimpiya Stadionunda Avropa Liqasının final oyunu keçiriləcək. Bu cür möhtəşəm matçın Bakıda keçirilməsinə münasibətini bilmək maraqlı olardı...

- Bu, həqiqətən böyükuğurdur. Bütün dünyanın gözü Azərbaycanda olacaq. Sevindirici haldır. İnanıram ki, bundan da mötəbər yarışlara ev sahibliyi edəcəyik. Belə yarışları keçirmək ölkəmizin üstünlüyüdür. Azərbaycan getdikcə inkişaf edir və dünyada daha çox tanınır. Ölkəni tanıdan amillərdən biri də bu cür oyunlar, mötəbər yarışlardır.

- "Qarabağ”ın heyətində avrokuboklarda hər iki finalçıya – həm "Çelsi”, həm də "Arsenal”a qarşı oynamısan. Favoritin kimdir?

- Bəli, hər iki komanda ilə üzləşmişəm. Əvvəllər Məsut Özilə görə "Arsenal”ın udmağını istəyirdim. Mxitaryan söhbətinə görə isə "Çelsi”yə azarkeşlik edəcəyəm.

- Proqnoz verə bilərsən?

- "Çelsi”nin qalib gələcəyini gözləyirəm. Məncə, 2:1 udacaqlar.




İmza:

"Qarabağ" mərakeşli müdafiəçini transfer edib

Futbolçuların həmkarlar ittifaqı yaradılacaq

Zidan "Real"ın düşərgəsini tərk edib İspaniyaya qayıtdı

"Qarabağ" həmişə belə oynayır" - Ansi Aqolli

"Qolsuz bərabərlik yaxşı nəticədir" - "Partizani"nin prezidenti

Bu gün AvroLiqada 43 oyun - İki komandamız meydana çıxır - TƏQVİM

"Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik" - Qurban Qurbanov

Qurban Qurbanov: "Rəqib meydanında qolsuz heç-heçə belə bizim xeyrimizədir"

“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə başlayır - TƏQVİM

“Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz” - Nazim Süleymanovdan tənqidlər

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi başlayır - TƏQVİM

Bədii gimnastlar Varnadan medallarla qayıdır

SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK