adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 May 2019 12:20
8231
MƏMLƏKƏT
A- A+

Bakıda bu marşrutların hərəkət istiqaməti və son dayanacaq məntəqəsi dəyişdiriləcək

Bakıda 29 may tarixində müvəqqəti olaraq bəzi marşrut xətlərinin hərəkət istiqaməti və son dayanacaq məntəqəsi dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Adalet.az-a verilən məlumata görə, ümumilikdə 22 marşrut xəttinin son dayanacağı və hərəkət istiqaməti dəyişdiriləcək.

Belə ki, 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 və 213 saylı marşrutların son dayanacağı dəyişdirilib.

Bundan əlavə, 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 və 70 saylı marşrutların isə hərəkət istiqaməti dəyişdirilib.