adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 May 2019 11:56
8607
HADİSƏ
A- A+

Sumqayıtda mənzildə 29 yaşlı kişinin meyiti aşkarlanıb

Sumqayıtda mənzildə 29 yaşlı kişinin meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə məlumat daxil olub ki, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1990-cı il təvəllüdlü Həşimov Muxtar Oktay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.