adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 May 2019 11:47
31274
İDMAN
A- A+

UEFA prezidenti Bakı seçimi haqda

"Orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?!"

Qol.az xəbər verirr ki, bu sözləri UEFA prezidenti Aleksandr Çeferin "Der Şpigel” nəşrinə müsahibəsində deyib. Avroliqanın final matçı üçünniyə Bakını seçdiklərini açıqlayan qurum rəhbəri klubların üzləşdiyi problemə də toxunub:

"Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asan uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur.Əlbəttə, Bakı Londondan uzaqdır, lakin final üçün yer seçərkənhəlledici görüşdə hər iki komandanın İngiltərədən olacağı bilinmirdi".

Çeferin erməni futbolçu Henrix MxitaryanınBakıya gəlməməsinə də münasibət bildirib: "Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin "Çelsi" və "Arsenal" klubları üz-üzə gələcək.