adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: XƏLİFƏLİ KƏND UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
39575 | 2019-05-27 17:38

Artıqbir ənənə halını almış bayram ovqatlı günləri yaşamaq Şuşa rayon Xəlifəli kəndUşaq Musiqi mıəktəbinin həyat qayəsinəçevrilib. Yəni məktəb Bakı şəhərində məskunlaşdığı gündən etibarən hər ilRespublika günü ərəfəsində hesabat xarakterli bayram konserti təşkil edir.Keçirilən konsertdə əsas məqsəd pedaqoji kollektivin il boyu qazandığı uğurlarınümayiş etdirməklə müəllim və şagirdlərə, eləcə də konserti izləyən valideyn vədigər tamaşaçılara Respublika gününün bayram ovqatını yaşatmaqdır.

Ötən həftəninbazar günü paytaxtımızın Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərənXəlifəli kənd Uşaq Musiqi məktəbində yenəbayram şənliyi təşkil olunmuşdu. Ənənəyə uyğun olaraq bu izdihamlı konsert şənliyigiriş sözü ilə məktəbin direktoru Salman Ağalarov açdı. Salman müəllim özçıxışında öncə müəllim və şagirdləri, eləcə də iştirakçıları 28 May günümünasibətilə ürəkdən təbrik edib, müstəqilliyimiz uğrunda şəhid olanlarınruhunu bir dəqiqəlik sükutla yad etməyitəklif etdi. Bir anlıq zala sükut hakim oldu. Hər kəs ürəyində şəhidlərimizinxatirəsini yad etdi. Sonda çıxışını davam etdirən Salman Ağalarov il ərzindəşagird və müəllimlərin qazandığı uğurlardan söz açdı və bildirdi ki, həminuğurları nümayiş etdirən hesabat konsertimzizdə Şuşa rayon İcra Hakimiyyətininbaşçısının müavini Vüsalə Fətəliyevə, həmçinin Şuşa rayon Mədəniyyət şöbəsininbaş məsləhətçisi Sahib Abbasov da iştirak edir. O, hesabat konsertinbaşlandığını bildirərək sözü öncə məktəbin xor kollektivinə verdi. Məktəb xoru"Üçrəngli bayrağımız” mahnısını ifa etməklə hər kəsə bir bayram ovqatı yaradabildi. Bir-birinin ardınca çıxış edən məktəbli ifaçılar öz rəngarəng çıxışlarıilə hamının ruhunu oxşamaqla yanaşı,alqışlarlını da qazana bildi. Belə ki, məktəbin "Saz” ansambılı "Osmanlıdivanisi”ni ifa edəndə artıq bütün dinləyicilər sanki cəngi üstündə köklənmişdi.Bu əsl bayram ovqatı demək idi.

7-cisinif şagirdi Rəhimə Hacıyevanın böyük bəstəkar Baxın "İnvensiya siminkor” bəstəsibir həzinlik bəxş etdi dinləyicilərə. Onun ardınca çıxış edən tar çalanların"Şüştər dəraməti” ifası da gurultulu alqışlarla qarşılandı. Tədbir iştirakçılarınısalamlayan Vüsalə Fətəliyeva öz məzmunlu çıxışında Xəlifəli kənd Uşaq Musiqi məktəbininhər il düzənlədiyi tədbirlərdə maraqlı proqramlar təşkil etdiyini xüsusivurğuladı və müəllim şagirdləri, bütövlükdə hər kəsi qazanılan uğurlara, eləcədə respublika günü münasibətilə təbrik etdi. 

Hesabat konsertdə çıxış edən dəyərliqarabağlımız, Şuşa mədəniyyətinin inkişafında və qorunmasında xüsusi xidmətləriolan Zahid Abbasov məktəb kollektivinə öz fikirlərini çatdırarkən vurğuladı ki,Şuşanın adı kimi onun mədəniyyət ünvanlarının qazandığı uğurlar da həmişəqürurum olub, sevincim olub. Bu gün də siz mənə sevinc yaşatdıınız. Göstərdinizki, harda fəaliyyət göstərməsindən asılı olmayaraq, şuşalılar və Şuşa mədəniyyətinindaşıyıcıları həmişə seçiliblər, bu gün də seçilirlər. Mən də öz növbəmdə məktəbindirektoru Salman müəllimi, eləcə də bütün pedaqoji kollektivi bu hesabat münasibətilə ürəkdən təbrik edirəm.İnanıram ki, biz mütləq "üçrəngli bayrağımı” mahnısını məhz Şuşa məktəblilərininxorunun ifasında Cıdır düzündə dinləyəcəyik.

Konsertdinləyicilərin alqış və maraqları ilə davam etdirildi. Və sonda təhsildə fərqlənən müəllim və şagirdlər fəxri fərmanlarla təltifedildilər. Həmin gün Xəlifəli Uşaq Musiqi Məktəbinin tarixinə əlamətdar birtarix olaraq qeyd olundu.

TƏQVİM / ARXİV