adalet.az header logo
  • Bakı 11°C
27 May 2019 17:22
12322
ƏDƏBİYYAT
A- A+

Fəxri ad alan şair Türkiyəyə müalicəyə gedir

"Yaxın vaxtlarda Vaqif bəyi Türkiyəyə aparacağıq. Oradakı müayinələrdən sonra bilinəcək ki, vəziyyəti necədir”

Adalet.az xəbər verir ki, bunu Azvision.az -a tanınmış şair Vaqif Bayatlı Odərin xanımı Tamam Bayatlı deyib. Həyat yoldaşının səhhətindən danışan T.Bayatlı bildirib ki, şairin sağlıq durumunda ciddi dəyişiklik yoxdur.

"Vəziyyət əvvəlki kimidir. Əslində Vaqifi Türkiyəyə müayinəyə çoxdan aparmalı idik, amma getməyə hazır deyildi. Bir-iki həftəyə yenidən gedəcəyik. Orada Vaqifin beynini yoxlayacaqlar və müayinənin nəticəsində biləcəklər ki, beynində vəziyyət necədir. Bundan sonra həm beyni, həm də ürəyi üçün nələr ediləcəyini müəyyənləşdirəcəklər”.

Xatırladaq ki, ötən həftə Prezident İlham Əliyev şairə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adı verib.